Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Təl-Əvivdə ABŞ-ın “İsrail tərəfdarı” rəsmilərinin vəzifədən uzaqlaşdırılması narahatlıq doğurub

    3 İyun 2025 20:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Təl-Əvivdə ABŞ-ın “İsrail tərəfdarı” rəsmilərinin vəzifədən uzaqlaşdırılması narahatlıq doğurub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Təl-Əvivdə ABŞ Prezidenti Donald Tramp administrasiyasında İsrailə yaxınlığı ilə tanınan bəzi rəsmilərin vəzifədən uzaqlaşdırılması ciddi narahatlığa səbəb olub. İsrail mənbələri bu addımı ABŞ administrasiyasında “Öncə Amerika ” şüarı altında formalaşan təcridçi siyasətin güclənməsi kimi qiymətləndirirlər və bunun İsrailin ABŞ xarici siyasətinə təsirini zəiflədə biləcəyindən ehtiyatlanırlar.

    “Yedioth Ahronoth” qəzetinin “Ynet” saytına danışan İsrail mənbələri bildiriblər ki, ABŞ administrasiyasında “İsrail tərəfdarı” kimi tanınan rəsmilərin vəzifədən kənarlaşdırılması ölkədə artan narahatlığa səbəb olub. Bu qərarlar ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında İran əleyhinə mümkün hücum və Qəzza zolağındakı müharibə ilə bağlı fikir ayrılıqları fonunda baş verib.

    Məlumata görə, yaxınlarda vəzifəsindən uzaqlaşdırılan rəsmilər arasında ABŞ vətəndaşı olan israilli Merav Sirin (Milli Təhlükəsizlik Şurasının İran və İsrail üzrə ofisinin rəhbəri) və Erik Trayger (Yaxın Şərq və Şimali Afrika ofisinin rəhbəri) var. Hər iki şəxs daha əvvəl İsrailə güclü dəstəyi ilə tanınan və yaxınlarda vəzifəsindən kənarlaşdırılan təhlükəsizlik müşaviri Mayk Voltz tərəfindən təyin edilmişdi. “Ynet” saytının məlumatına görə, onların vəzifədən uzaqlaşdırılması Voltzun yerinə gələn yeni təhlükəsizlik müşaviri və ABŞ-ın xarici işlər naziri Marko Rubio tərəfindən həyata keçirilib.

    Bundan əlavə, Livan məsələləri üzrə ABŞ administrasiyasının rəsmisi, Yəhudiliyi qəbul etmiş və boynunda “Davud ulduzu” daşıyan Morqan Ortagusun da yaxın vaxtlarda öz istəyi ilə deyil, postunu tərk edəcəyi gözlənilir. Ortagusun İsrailə yaxın münasibətləri və atəşkəs danışıqlarındakı rolu “Yedioth Ahronoth” tərəfindən xüsusi qeyd edilib. Onun vəzifəsini tərk edəcəyi xəbəri isə İsraildəki ABŞ siyasəti üzrə məsul şəxslər arasında ciddi narahatlıq yaradıb.

    “Yedioth Ahronoth”un məlumatına görə, İsrail rəsmiləri Tramp administrasiyasında daha çox “İsrail tərəfdarı” şəxslərin vəzifədən uzaqlaşdırılmasının mümkünsüz olmadığını bildiriblər. Onlar qeyd ediblər ki, Tramp administrasiyasında hər şey “ani qərarlarla” həyata keçirilir və buna görə də belə addımlar gözləniləndir.

    Eyni zamanda, bəzi mənbələr məsələni Trampın “Öncə Amerika ” siyasəti çərçivəsində qiymətləndirərək bildiriblər ki, bu, təkcə İsrailə deyil, ümumiyyətlə hər hansı ölkənin ABŞ-dakı təsirinə qarşı yönəlmiş siyasətdir. Həmin mənbələr Trampın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Voltzun yerinə hələ də rəsmi təyinat aparmadığını, həmin səlahiyyətlərin hazırda Marko Rubionun əlində cəmləşdiyini bildiriblər.

    İsraildə hesab edirlər ki, bu addımlara Trampın oğlu Donald Tramp Junior və vitse-prezident Cey Di Vance rəhbərlik edir.

    Digər tərəfdən, İsrailin ABŞ-dakı keçmiş səfiri və Netanyahunun yaxın adamı Ron Dermerin vəziyyəti ilə bağlı da tənqidlər gündəmə gəlib. Bildirilir ki, Netanyahu ABŞ-dakı dəyişiklikləri əvvəlcədən düzgün qiymətləndirə bilməyən Dermerin fəaliyyəti ilə bağlı məyusluğunu gizlətməyib.

    Məlumatda qeyd olunub ki, Tramp administrasiyasında formalaşan “təcridçilər” hərəkatının İsrailə şübhə ilə yanaşdığı, Trampı İsrailin ABŞ-ı müharibəyə sürüklədiyinə inandırmağa çalışdığı vurğulanır. İsrail rəsmiləri bu prosesi “yeni Amerika” adlandıraraq, bunun İsrail üçün çox ciddi narahatlıq doğurduğunu bildirirlər.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #Marko Rubio #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Uşaq ölümü Qəzza #Donald Tramp və Qəzza planı #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Donald Tramp 2025 siyasəti #Donald Tramp Yaxın Şərq siyasəti #Donald Tramp Suriya qərarı #Donald Tramp Apple vergi təhdidi #Donald Tramp müdafiə planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    5 İyun 2026 22:32

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    5 İyun 2026 22:24

    Məscid-ül Əqsada 65,000 ibadət edən toplaşıb

    5 İyun 2026 20:09

    ABŞ vizası rədd edilən İran azarkeşləri Dünya Kubokundan kənarda qalır

    5 İyun 2026 18:46

    İsrail ordusu Qəzzadakı “Təhlükəli döyüşçünü” ələ keçirdiyini bildirdi

    5 İyun 2026 18:36

    Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır

    5 İyun 2026 11:07

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    4 İyun 2026 21:56

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    4 İyun 2026 20:37

    İranın əvvəlki hücumları müdafiə məqsədli idi?

    4 İyun 2026 19:11

    ABŞ atəşkəsin vaxtını və tətbiq mexanizmini müəyyən edəcək

    4 İyun 2026 18:31
    XƏBƏR LENTİ

    Dünyanın ən güclü tankları hansılardır? Bir əsrdən çox davam edən inkişafın tarixi

    Soyuq müharibənin ən sirli layihəsi - Zehni güclə kəşfiyyat mümkün idimi?

    Bello Vud döyüşü necə başladı? ABŞ dəniz piyadalarının Birinci Dünya müharibəsindəki ilk böyük sınağı

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.