Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Netanyahu razılaşdı, İranın neft obyektləri vurulmayacaq - Tramp

    20 Mart 2026 00:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu razılaşdı, İranın neft obyektləri vurulmayacaq - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Yaponiyanın Baş naziri Sanai Takaiçi ilə keçirdiyi birgə mətbuat konfransında İranla müharibənin gedişatı və Vaşinqtonun gələcək addımları barədə strateji açıqlamalar verib. Prezident ABŞ-ın İrana quru qoşunları yeritməyəcəyini və İsrailin neft infrastrukturunu hədəf almayacağını bəyan edib.

    Tramp jurnalistlərin suallarını cavablandırarkən bir neçə mühüm məqamı diqqətə çatdırıb.

    Prezident bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində onu İranın neft yataqlarına hücum etməkdən çəkinməyə çağırıb. Trampın sözlərinə görə, Netanyahu gələcəkdə İranın enerji obyektlərinə qarşı hər hansı hücum həyata keçirməyəcəyinə razılıq verib. Eyni zamanda, Tramp ABŞ-ın İranda hava və dəniz üstünlüyünün tam olduğunu, Amerika qüvvələrinin bölgədə "maneəsiz və sərbəst hərəkət" etdiyini vurğulayıb.

    Donald Tramp qeyd edib ki, Ali rəhbər Əli Xamenei, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, "Bəsic" komandanı Qulam Rza Süleymani və kəşfiyyat naziri İsmayıl Xatib kimi yüksək rütbəli rəsmilərin öldürülməsindən sonra İran hazırda yeni rəhbərlik axtarışındadır. Prezident həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sıralarında parçalanmaların başladığını iddia edib.

    "Biz dünyanın ən böyük ordusuna və texnikasına sahibik. Müharibəni iki saniyədə bitirə bilərik, lakin biz müdrikliklə və hesablanmış addımlarla hərəkət edirik," – deyə o əlavə edib. Prezidentin iddiasına görə, müharibənin ilk iki həftəsində İranın raket və PUA hücumları 90% azalıb.

    Strateji hədəflər və maliyyə

    Tramp qeyd edib ki, ötən gecə İran müəyyən bir bölgəyə 114 raket atsa da, Amerika texnikası sayəsində onların hamısı vurulub. O, həmçinin İranın əsas neft ixrac məntəqəsi olan Xark adasını məhv etmək iqtidarında olduqlarını xatırladıb. Pentaqonun müharibə xərcləri üçün 200 milyard dollar tələb etməsi barədə xəbərlərə toxunan Tramp, müxtəlif səbəblərdən daha çox maliyyəyə ehtiyac olduğunu təsdiqləyib.

    Sonda Yaponiya ilə münasibətlərə toxunan Tramp, Tokionun hərbi texnika alışı və öhdəlikləri yerinə yetirmə baxımından NATO ölkələrindən daha yaxşı səviyyədə olduğunu bildirib.

    #Benyamin Netanyahu #Donald Tramp #NATO #Əli Xamenei #Əli Laricani #Donald Tramp Qəzzə planı #Benyamin Netanyahunun Şabak qərarı #Sanae Takaiçi #Sanai Takaiçi #Bəsic #Trampın Hizbullah Problemi Və Nüvə Müharibəsi Riski: 2026-cı İlin Geosiyasi Analizi #ABŞ-İran müharibəsi 2026: Niyə strateji hədəflərə çatmaq mümkün olmur? #İran müharibəsi 2026 #Qulam Rza Süleymani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Melaniya Tramp uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxdı

    21 Avqust 2026 12:05

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35

    İran ABŞ-nin yeni sanksiya təhdidlərini “qanunsuz və qeyri-insani” adlandırıb

    20 Avqust 2026 20:17

    ABŞ-nin iqtisadi təzyiqi nəticə verməyəcək - İran

    20 Avqust 2026 19:36
    XƏBƏR LENTİ

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.