Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    HƏMAS rəhbərləri Qətəri tərk edərək Türkiyəyə gedir?

    11 Sentyabr 2025 13:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS rəhbərləri Qətəri tərk edərək Türkiyəyə gedir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Tətlil Mərkəzi

    Amerikanın Wall Street Journal qəzeti 20 aprel tarixində, ərəb rəsmilərinə istinadən yazıb ki, “HƏMAS” siyasi bürosunu köçürmək üçün bölgədə ən azı iki dövlətlə təmas qurub. Qəzetin məlumatına görə, bu məsələ “ABŞ qanunvericilərinin Qətərə (HƏMAS və İsrail arasında) atəşkəs danışıqlarını irəli aparmaq üçün göstərdikləri təzyiq fonunda gündəmə gəlib və bu danışıqların uğursuz olacağı ehtimalı yüksək olub”. Ərəb rəsmilərindən biri bildirib ki, “əlaqə saxlanılan ölkələrdən biri Oman olub”.

    Öz növbəsində, “HƏMAS” həmin gün iki rəsmisi vasitəsilə “Qətəri başqa ev sahibliyi edə biləcək dövlətə tərk etmək barədə düşünmədiyini” açıqlayıb. Elə həmin gün hərəkatın siyasi bürosunun rəhbəri sabiq İsmayıl Haniyyə İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    HƏMAS-ın iki rəsmisi əlavə edib ki, hərəkat Türkiyə ilə əlaqələri gücləndirmək istəyir, buna yardımı birbaşa Ankaradan almaq da daxildir. Bu haqda İsrailin Haaretz qəzeti məlumat yayıb. Bu isə suallar doğurur: Wall Street Journalın qeyd etdiyi kimi, görəsən, HƏMAS-ın köçməyi düşündüyü ikinci ölkə Türkiyədir?

    HƏMAS 1987-ci ildə birinci Fələstin intifadasının başlanmasından sonra yaranandan etibarən İordaniyadakı “Müsəlman Qardaşları” ilə sıx əlaqələr qurdu. “İxvan” hərəkatı HƏMAS-a ideoloji, siyasi, mənəvi və maddi dəstəyin bütün formalarını göstərirdi.

    Qeyd edək ki, Fələstin “Müsəlman Qardaşları” təşkilati baxımdan 1970-ci illərin ortalarından İordaniya qanadının bir hissəsi olmuşdu.

    Lakin İordaniya hökuməti ilə HƏMAS-ın münasibətləri yaxınlaşma, gərginlik, uzaqlaşma və soyuqluq mərhələlərindən keçdi. 1991-ci ildə HƏMAS-ın İordaniyada ofisi açıldı və Məhəmməd Nizzal hərəkatın nümayəndəsi təyin edildi. Bir il sonra isə HƏMAS-ın fəaliyyəti genişləndi, Ammanda bir neçə ofis açıldı və siyasi büro rəhbəri Musa Əbu Mərzuq İordaniyanın paytaxtına köçdü. Bu, İsrail və İordaniyanın Madrid konfransında iştirakına baxmayaraq baş verdi. O vaxt HƏMAS konfransın əleyhinə idi. Həmçinin hərəkatın İordaniyaya köçməsi İsrailin fələstinli liderləri və “Müsəlman Qardaşları”nın əsas üzvlərini sürgün etməsi ilə üst-üstə düşdü.

    Lakin tezliklə münasibətlər gərginləşdi, xüsusən də HƏMAS-ın İsrail daxilində həyata keçirdiyi əməliyyatlardan sonra. Bu əməliyyatlar İsrailin və beynəlxalq ictimaiyyətin təzyiqini artırdı. 1994-cü ilin oktyabrında İsrail və İordaniya arasında Vadi Ərəba sazişi imzalandıqdan sonra təzyiqlər daha da gücləndi.

    1995-ci ilin mayında İordaniya Musa Əbu Mərzuq və İmad əl-Alimini ölkəni tərk etməyə məcbur etdi. Əbu Mərzuk ABŞ-a köçdü (orada daimi yaşayış icazəsi var idi), lakin iki ilə yaxın müddətdə həbsdə saxlanıldı. Sonradan azadlığa buraxıldı və 1997-ci ildə mərhum kral Hüseynin icazəsi ilə İordaniyaya qayıtdı. Buna baxmayaraq, münasibətlər yenə də gərgin olaraq qaldı. Həmin il İordaniya hakimiyyəti HƏMAS üzvlərinin bir neçəsini həbs etdi.

    25 sentyabr 1997-ci ildə Xalid Məşəl – Əbu Mərzuqdan sonra siyasi büroya rəhbərlik edən şəxs – İsrailin “Mossad” agentlərinin Ammanda həyata keçirdiyi sui-qəsdə məruz qaldı. Onun mühafizəçisi hücum edənləri yaxaladı və onlar İordaniyaya təhvil verildi.

    Elə həmin il İordaniya və İsrail arasında razılaşma əldə edildi: Məşəlin həyatını xilas edən əks-dərman gətirildi, əvəzində İsrail şeyx Əhməd Yasin də daxil olmaqla bir sıra fələstinli məhbusları azad etdi. Yasin müalicədən sonra Qəzzaya qayıtdı.

    1999-cu ilin yayında İordaniya Xalid Məşəl və digər HƏMAS liderlərinə ölkəni tərk etmək göstərişi verdi. HƏMAS-ın ofisləri bağlandı və bəzi liderləri barəsində həbs qərarı çıxarıldı: Xalid Məşəl, Musa Əbu Mərzuq, İzzət ər-Rişq, Sami Xatir və Məhəmməd Nizzal. O vaxt onların üçü – Məşəl, Əbu Mərzuq Tehranda idi. Geri qayıtdıqda, Əbu Mərzuq ölkədən çıxarıldı, Məşəl həbs edildi, Rişq və Xatir də eyni taleyi yaşadı, Nizzal isə gizləndi.

    21 noyabr 1999-cu ildə dörd HƏMAS lideri – Məşəl, Rişq və Xatir Qətərə göndərildi. Lakin bu ölkədə uzun müddət qalmadılar, tezliklə Dəməşqə köçdülər. O zaman hərəkat bu addımı Suriya ilə coğrafi yaxınlıq və fələstinli qaçqınların çoxluğu ilə izah etmişdi.

    Dəməşqə köç

    HƏMAS-ın Dəməşqə köçü 1990-cı illərdən başlayaraq Suriya ilə münasibətlərinin tədricən istiləşməsi ilə hazırlandı. 1993-cü ildə imzalanan Oslo sazişinə həm HƏMAS, həm də Suriya qarşı çıxmışdı. Halbuki Suriya hakimiyyətində olan BƏƏS partiyası “Müsəlman Qardaşları”na düşmən münasibətdə idi və onlara ölüm hökmü tətbiq edən qanun mövcud idi.

    1998-ci ildə şeyx Əhməd Yasin Dəməşqə səfər etdi, Hafiz Əsədlə görüşdü və hərəkatın siyasi-hərbi fəaliyyətinə yaşıl işıq yandırıldı. Bundan sonra HƏMAS Suriyada ofislər açdı və fələstinli qaçqın düşərgələrində sosial fəaliyyətə başladı.

    2000-ci ildən 2011-ci ildə Suriyada müharibə başlayana qədər münasibətlər möhkəmləndi. ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi, Suriyanın Livandan çıxması, 2006-cı ilin İyul müharibəsi, 2008-ci ildə Qəzzada müharibə – bütün bunlar HƏMAS-ın, Hizbullahın və İranın “müqavimət oxu”nda birləşməsinə səbəb oldu.

    Amma 2011-ci ildə Suriyada üsyanlar başlayanda HƏMAS müxalifəti dəstəklədi və hökumətlə münasibətlər kəskinləşdi. HƏMAS Suriyada müxalifətə logistik və hərbi yardım göstərməkdə, hətta “Əknaf Bayt əl-Məqdis” kimi dəstələr vasitəsilə döyüşməkdə ittiham olundu.

    Yenidən Dohaya dönüş

    2012-ci ilin əvvəlində HƏMAS siyasi rəhbərliyi Suriyanı tərk edib yenidən Dohaya köçdü. Paralel olaraq, Türkiyədə də varlığını artırdı.

    19 oktyabr 2022-ci ildə HƏMAS nümayəndələri Bəşşar Əsədlə barışıq görüşü keçirdilər. Görüşdə Suriyadakı fələstinli qrupların təmsilçiləri də iştirak edirdi. Bu barışığa İran və Hizbullah təşəbbüs göstərmişdi. Buna baxmayaraq, HƏMAS-ın Suriyadakı mövqeləri güclənmədi. Əvəzində hərəkat Livanda Hizbullahın dəstəyi ilə varlığını artırdı.

    Eyni zamanda, Türkiyə İsraillə münasibətləri yaxşılaşdırmaq üçün bəzi HƏMAS liderlərini ölkədən çıxardı. Bəziləri isə hesab edir ki, bu çıxışla Dəməşqdəki barışıq arasında əlaqə var. Qətər isə Əsəd rejimi ilə münasibətlərin normallaşmasına qarşı olduğundan, HƏMAS-a təzyiq göstərmədi. Qətərdə yerləşənlər arasında Səlah əl-Əruri də var idi – o, 2024-cü ilin əvvəlində İsrail tərəfindən Beyrutda öldürüldü.

    Gələcək ünvan?

    İndi sual yaranır: HƏMAS yenidən, əvvəllər sıx əlaqələr qurduğu Türkiyəyəmi qayıdacaq? Yoxsa uzaq, amma vasitəçi rolunu oynaya biləcək Omanı seçəcək?

    #Rəcəb Tayyib Ərdoğan #HƏMAS #Oman #İsmayıl Haniyə #İsmayıl Haniyə kimdir? #Xalid Məşəl #HƏMAS və Hizbullah əlaqələri #İsrail-HƏMAS atəşkəsi #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #Müsəlman Qardaşları #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #Qətər və Oman diplomatik missiyası #Oman və Qətərin regional rolu #İsmayıl Haniyyə qətlə yetirildi #Əhməd Yasin #Musa Əbu Mərzuq #Qana müdafiə naziri Edvard Omane Boama #Murad Nasir Musa Əbu Cərad qətlə yetirildi #Oman 2040 Vizyonu #Oman XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Qətərin Baş nazirinin Tehran səfərində Hörmüz boğazı əsas mövzulardan biridir

    27 Avqust 2026 19:50

    Misir və Rusiya xarici işlər nazirləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

    27 Avqust 2026 18:10
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.