#HƏMAS və Müsəlman Qardaşları əlaqəsi

"İxvan"a yaxın cərəyanlar son dərəcə mürəkkəb bir təzyiqlə üz-üzə qalıb. Körfəz dövlətlərinin birbaşa İranın hədəfinə çevrildiyi bir məqamda onlar İrana necə rəğbət bəsləyə və ya onun mövqeyinə necə haqq qazandıra bilərlər? Burada məsələ təkcə hökumətlərin reaksiyası ilə məhdudlaşmır, həm də qarşıdurmanın yeni səviyyəyə keçməsi - Körfəz xalqlarının təşkilata qarşı mövqeyi ilə bağlıdır. Körfəz ölkələri son aylarda İranın hücumlarına qarşı kəskin və vahid mövqe nümayiş etdiriblər. Belə bir mühitdə Tehranla siyasi və ya media müstəvisində eyni cəbhədə yer almaq "İxvan" üçün olduqca baha başa gəlir.

Fevral ayından bəri İranda alovlanan müharibə regional arenada, xüsusilə də Fələstin müqavimət hərəkatlarının, ən başda isə "HƏMAS"ın müttəfiqlik xəritəsində hiss olunan dəyişikliklərə səbəb olub. Tehrandakı münaqişənin təsiri yalnız İran ərazisi və ya Qərb maraqları ilə məhdudlaşmayıb, regional müttəfiqlərə də sirayət edib. Belə ki, İranın nüfuzu tədricən azalmağa başladığı bir vaxtda, regional xaosdan və müharibənin diktə etdiyi dəyişikliklərdən yararlanan "HƏMAS" daxilindəki "Müsəlman Qardaşlar" (İxvan) qanadı yeni siyasi güc qazanmağa başlayıb.

Lakin İordaniya hökuməti ilə HƏMAS-ın münasibətləri yaxınlaşma, gərginlik, uzaqlaşma və soyuqluq mərhələlərindən keçdi. 1991-ci ildə HƏMAS-ın İordaniyada ofisi açıldı və Məhəmməd Nizzal hərəkatın nümayəndəsi təyin edildi. Bir il sonra isə HƏMAS-ın fəaliyyəti genişləndi, Ammanda bir neçə ofis açıldı və siyasi büro rəhbəri Musa Əbu Mərzuq İordaniyanın paytaxtına köçdü. Bu, İsrail və İordaniyanın Madrid konfransında iştirakına baxmayaraq baş verdi. O vaxt HƏMAS konfransın əleyhinə idi. Həmçinin hərəkatın İordaniyaya köçməsi İsrailin fələstinli liderləri və “Müsəlman Qardaşları”nın əsas üzvlərini sürgün etməsi ilə üst-üstə düşdü.