Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramının 104-cü ildönümü münasibətilə müraciət yayıb. Ərdoğan Türkiyə vətəndaşlarını, Şimali Kipr türk xalqını və dünyanın müxtəlif ölkələrində yaşayan türkiyəliləri bayram münasibətilə təbrik edib.

    VOA xəbər verir ki, Ərdoğan 30 Avqust zəfərinin Türkiyənin milli mübarizəsinin ən mühüm mərhələlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Baş Komandan Meydan Döyüşü ilə qazanılan Böyük Zəfər türk xalqının yaşadığı torpaqların əbədi vətəni olduğunu bir daha təsdiqləyib.

    Türkiyə Prezidenti bildirib ki, 104 il əvvəl bütün çətinliklərə baxmayaraq nümayiş etdirilən əzm, cəsarət və qətiyyət bu gün də ölkə üçün əsas güc mənbələrindən biridir. O qeyd edib ki, Böyük Zəfər Türkiyə Cümhuriyyətinin yaradılmasına gedən yolu açmaqla yanaşı, türk xalqının əsarəti heç vaxt qəbul etməyəcəyini bütün dünyaya nümayiş etdirib.

    Ərdoğan Türkiyənin tarixindən aldığı güc və özünəinamla energetikadan müdafiə sənayesinə, elm və texnologiyadan xarici siyasətə qədər müxtəlif sahələrdə qarşıya qoyulan məqsədlərə doğru irəlilədiyini vurğulayıb.

    Prezident dünyada müharibələrin, qarşıdurmaların, böhranların və siyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə Türkiyənin prinsipial və insanı dəyərləri əsas götürən siyasət həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə zülmün kim tərəfindən törədilməsindən asılı olmayaraq onun qarşısını almağa, zərərçəkənlərə isə sahib çıxmağa çalışır.

    Ərdoğan qədim türk ifadəsinə istinad edərək, “Üstdə mavi göy çökmədikcə, altda qonur yer deşilmədikcə” Türkiyəni və türk millətini müqəddəs mübarizəsindən heç kimin döndərə bilməyəcəyini vurğulayıb. O bildirib ki, bütün təxribatlara baxmayaraq, Türkiyə dövlət və xalq olaraq haqqın, hüququn, ədalətin, sülhün və sabitliyin tərəfində dayanmağa davam edəcək.

    Türkiyə Prezidenti ölkənin birlik və həmrəylik şəraitində “Türkiyə Yüzili”nin qurulmasını davam etdirəcəyini bildirib. Ərdoğan çıxışının sonunda Böyük Zəfərin baş komandanı Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını ehtiramla yad edib, şəhidlərə rəhmət diləyib və qazilərə minnətdarlığını ifadə edib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Mustafa Kamal Atatürk #Türkiyə Yüzili #30 avqust #Zəfər Bayramı #Böyük Zəfər #Türkiyə Cümhuriyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43

    TÜİB-in yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünlə görüşüb

    25 Avqust 2026 18:20

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11
    XƏBƏR LENTİ

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.