Omanın kommersiya banklarının verdiyi kreditlərin həcmi iyun ayının sonunda depozit bazasını üstələyərək kredit-depozit nisbətini (LDR) 102,9 faizə çatdırıb. Oman Mərkəzi Bankının (CBO) aylıq statistik bülleteninə istinadən ONA agentliyinin yaydığı məlumata görə, özəl sektor depozitləri illik müqayisədə 12,45 faiz artaraq 19,37 milyard Oman riyalına (50,4 milyard dollar) yüksəlib.
#Oman 2040 Vizyonu
Omanın dövlət gəlirləri ilin birinci yarısında xalis neft gəlirlərindəki 10 faizlik artım və qaz gəlirlərindəki 32 faizlik sıçrayış nəticəsində 13 faiz artaraq 6.60 milyard Oman riyalı (17.2 milyard dollar) təşkil edib. Ümumi dövlət xərcləri iyun ayının sonuna təxminən 6.62 milyard riyal təşkil edib; bu da 2025-ci ilin eyni dövründəki 6.1 milyard riyala nisbətən 521 milyon riyal və ya 9 faiz artım deməkdir.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Oman Hörmüz boğazı ilə bağlı İranla əldə olunacaq razılaşmaya "mane olarsa", bu ölkəni bombalamaqla hədələyib və İranı təslim olmağa çağırıb. Vaşinqtonun öz danışıqlarını davam etdirdiyi bir vaxtda Oman ilə İran arasında boğazın nəzarəti üzrə aparılan müzakirələrə toxunan Tramp "Əgər Oman mane olarsa, biz onları darmadağın edənə qədər bombalayacağıq" deyə bildirib.
Türkiyə ilə Oman arasındakı iqtisadi və ticari əlaqələri daha yüksək səviyyəyə daşımağı hədəfləyən OMNEX 2026 Oman-Türkiyə İş Forumu və Beynəlxalq Ticarət Sərgisi 2-4 fevral tarixlərində hər iki ölkənin iş dünyasını bir araya gətirəcək. DEİK Türkiyə-Oman İş Şurasının verdiyi məlumata görə, Omanın paytaxtı Maskat şəhərində keçiriləcək sərgidə 200-ə yaxın iri miqyaslı şirkət iştirak edəcək. Sərginin müdafiə sənayesi, qabaqcıl texnologiya, energetika, tikinti, səhiyyə və kənd təsərrüfatı kimi strateji sahələrdə milyardlarla dollarlıq yeni müqavilələrin imzalanmasına yol açacağı gözlənilir.
Lakin İordaniya hökuməti ilə HƏMAS-ın münasibətləri yaxınlaşma, gərginlik, uzaqlaşma və soyuqluq mərhələlərindən keçdi. 1991-ci ildə HƏMAS-ın İordaniyada ofisi açıldı və Məhəmməd Nizzal hərəkatın nümayəndəsi təyin edildi. Bir il sonra isə HƏMAS-ın fəaliyyəti genişləndi, Ammanda bir neçə ofis açıldı və siyasi büro rəhbəri Musa Əbu Mərzuq İordaniyanın paytaxtına köçdü. Bu, İsrail və İordaniyanın Madrid konfransında iştirakına baxmayaraq baş verdi. O vaxt HƏMAS konfransın əleyhinə idi. Həmçinin hərəkatın İordaniyaya köçməsi İsrailin fələstinli liderləri və “Müsəlman Qardaşları”nın əsas üzvlərini sürgün etməsi ilə üst-üstə düşdü.
Omanın Energetika və Faydalı Qazıntılar Nazirliyi dörd konsessiya sahəsi üzrə investisiya imkanlarını açıqlayıb. Bildirilib ki, yerli və beynəlxalq şirkətlər 2025-ci ildə faydalı qazıntıların hasilatı üçün keçiriləcək tenderlərdə iştirak edə biləcəklər. Nazirliyin məlumatına görə, addım ölkənin “Oman 2040 Vizyonu” çərçivəsində mədən sektoruna yatırımların artırılması və sahənin milli iqtisadiyyata töhfəsinin böyüdülməsi strategiyasının bir hissəsidir. İlkin geoloji araşdırmalar konsessiya ərazilərində mis, qızıl, gümüş və xromitlərlə yanaşı sənaye-tikinti üçün vacib olan bazalt və qabbro ehtiyatlarının mövcudluğuna işarə edir.