HƏMAS nümayəndə heyəti Qahirədə Misir və Türkiyənin kəşfiyyat rəhbərləri ilə görüş keçirib. Danışıqlarda Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası əsas müzakirə mövzusu olub. Görüşdə Misirin kəşfiyyat rəhbəri Həsən Rəşad, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, eləcə də HƏMAS rəhbərlərindən Xalid Məşəl, Xəlil əl-Həyyə və Məhəmməd Həsən iştirak ediblər. Məlumata görə, görüş müsbət şəraitdə keçib. Tərəflər razılaşmanın tam icrası ilə bağlı nikbin olduqlarını bildiriblər. HƏMAS planın həyata keçirilməsinə dəstəyini bir daha ifadə edib. Danışıqların vasitəçilər tərəfindən hazırlanmış yol xəritəsi çərçivəsində davam etdirildiyi qeyd olunub.
#Xalid Məşəl
Lakin İordaniya hökuməti ilə HƏMAS-ın münasibətləri yaxınlaşma, gərginlik, uzaqlaşma və soyuqluq mərhələlərindən keçdi. 1991-ci ildə HƏMAS-ın İordaniyada ofisi açıldı və Məhəmməd Nizzal hərəkatın nümayəndəsi təyin edildi. Bir il sonra isə HƏMAS-ın fəaliyyəti genişləndi, Ammanda bir neçə ofis açıldı və siyasi büro rəhbəri Musa Əbu Mərzuq İordaniyanın paytaxtına köçdü. Bu, İsrail və İordaniyanın Madrid konfransında iştirakına baxmayaraq baş verdi. O vaxt HƏMAS konfransın əleyhinə idi. Həmçinin hərəkatın İordaniyaya köçməsi İsrailin fələstinli liderləri və “Müsəlman Qardaşları”nın əsas üzvlərini sürgün etməsi ilə üst-üstə düşdü.
Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib, şəhərin mərkəzindən tüstü qalxdığı bildirilib. Şahidlər, hadisənin mərkəzi məhəllələrdən birində baş verdiyini təsdiqləyiblər. İsrail mediası yüksək rütbəli israilli rəsmiyə istinadla, Dohada baş verən partlayışların İsrailin HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi suiqəsd əməliyyatı olduğunu bildirib. İsrail ordusunun radio kanalı da açıqlamasında hücumu üstlənib. “İsrail, Qətərdəki HƏMAS rəhbərliyini hədəf alıb. Əməliyyat HƏMAS liderliyinin ən yüksək səviyyəsini vurmaq məqsədi daşıyırdı”- deyə bildirib.