Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu

    24 Aprel 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın Beyrutdakı səfiri Müctəba Əmani çərşənbə günü Hizbullahın silahları ilə bağlı paylaşdığı və Livanda qəzəb doğuran paylaşımlarla əlaqədar geri addım atdı.

    Livanın “Əl-Cədid” televiziya kanalına danışan Əmani bildirdi ki, “İran, Livan dövlət qurumlarının üzərində razılaşdığı qərarlara hörmətlə yanaşır və Hizbullahın silahlarının təhvil verilməsi Livanın daxili işidir. Theran da buna müdaxilə etmir.”

    İran səfiri bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən ona göndərilən çağırışı yerinə yetirə bilmədiyi üçün üzr istəyib. Bu çağırış onun Hizbullahın silahsızlaşdırılması layihəsini “bir sui-qəsd” adlandırdığı paylaşımlarla bağlı idi.

    “Silahlar barədə paylaşdığım tvitlərlə əlaqədar Livan Xarici İşlər Nazirliyinin mənimlə görüşmək istədiyini bildim, lakin bu gün gəlməyə vaxtım olmadığını deyib üzr istədim. Hələlik mənə yeni görüş vaxtı təyin olunmayıb.”- deyə, Əmani bildirib.

    O əlavə edib ki, görüşə gəlməməsinin səbəbi işlərinin çoxluğu olub və əslində onu Nazirliyin baş direktoru Hani Şmitli qəbul etməli idi.

    “Yeni hökumətdəki xarici işlər naziri Yusif Raci ilə vəzifəyə başladığı zaman görüşmüşəm və indi yeni görüş üçün vaxt təyin etməyə çalışıram.”-deyə o qeyd edib.

    İran səfirinin Xarici İşlər Nazirliyinin çağırışına cavab verməməsi bir çox livanlı tərəfindən inandırıcı hesab olunmayıb və bəziləri bunu Livan dövlətinə qarşı hörmətsizlik kimi qiymətləndirib. Çünki səfir jurnalistlərə açıqlama verməyə vaxt tapdığı halda, rəsmi çağırışa cavab verməyə vaxt ayırmaması narazılıqla qarşılanıb.

    Livan mətbuatının yazdığına görə, İran səfirinin çağırılması səbəbi onun tviter platformasında yayımladığı və Hizbullahın silahlarının yalnız dövlətə verilməsi məsələsi ilə bağlı Livanda aparılan müzakirələrə dair yazısı olub. Livan rəsmiləri İran diplomatının bu fikirlərinə qarşı çıxaraq, bunu “Livanın daxili işlərinə birbaşa müdaxilə” kimi qiymətləndiriblər.

    #İran #Beyrut #Hizbullah #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İran sanksiyalar #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #İran diplomatiyası #daxili işlərə müdaxilə #İran-Livan münasibətləri #Livan Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    28 Avqust 2026 21:40
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.