Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Bayraktar KIZILELMA ilə Türkiyə pilotsuz döyüş təyyarələrində dünyada ilkə imza atdı

    17 Noyabr 2025 11:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bayraktar KIZILELMA ilə Türkiyə pilotsuz döyüş təyyarələrində dünyada ilkə imza atdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin ilk yerli pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA dünyada bir ilke daha imza atıb. Təyyarəyə, ən inkişaf etmiş 5-ci nəsil döyüş təyyarələrində mövcud olan Aşağı Görünürlüklü Elektro-Optik Hədəfləmə Sistemi TOYGUN uğurla inteqrasiya edilib və bu, ilk dəfə olaraq bir pilotsuz döyüş təyyarəsində tətbiq olunub.

    AzerVoice xəbər verir ki, Baykar şirkətinin tamamilə milli resurslarla hazırladığı Bayraktar KIZILELMA, Türkiyəni havacılıqda yeni bir səviyyəyə çıxaracaq kritik bacarığı da sınaqdan keçirib. Təyyarənin inkişafı planlaşdırıldığı kimi davam edir və platformaya ASELSAN tərəfindən hazırlanan TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi tamamilə yerli imkanlarla inteqrasiya olunub.

    TOYGUN sistemi, ASELSAN-ın infraqırmızı bantda ən inkişaf etmiş məhsulu olaraq Bayraktar KIZILELMA-ya sahədə böyük üstünlük təmin edir. Testlər Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzində həyata keçirilib və sistem yüksək performans nümayiş etdirib. Fərqli yüksəklik və sürət rejimlərində stabil görüntü, uzun məsafəli hədəf izləmə və lazerlə hədəfləmə funksiyaları yüksək dəqiqliklə təsdiqlənib.

    Bu testlər həm də sistemin Bayraktar KIZILELMA-nın inteqrə edilmiş tapşırıq kompüteri ilə fasiləsiz məlumat mübadiləsi edə bildiyini və çətin ətraf mühit şərtlərində belə performansını qoruduğunu göstərib. Eyni zamanda, bu testlər dünyada ilk dəfə gövdə daxilində yerləşdirilmiş EOTS (Embedded Electro-Optic Targeting System) texnologiyasının pilotsuz döyüş təyyarəsində uğurla tətbiq edildiyini təsdiqləyib.

    Korpus daxilində yerləşdirilmiş bu sistem yalnız ABŞ-ın F-35 kimi 5-ci nəsil təyyarələrində mövcuddur. Bayraktar KIZILELMA-ya bu texnologiyanın uğurla inteqrasiyası ilə Türkiyə bu bacarığa sahib dünyadakı üç ölkədən biri olub.

    TOYGUN sistemi Bayraktar KIZILELMA üçün xüsusi optimallaşdırılıb, 360° tarama qabiliyyəti ilə yüksək dəqiqlikli infraqırmızı görüntüləmə təmin edir və uzun məsafədən strateji hədəfləri, hərəkətli quru və dəniz hədəflərini aşkarlaya bilir. Eyni zamanda, süni intellekt dəstəyi ilə avtomatik hədəf izləmə və təsnifat alqoritmləri təyyarənin otonom gücünü artırır.

    Bu xüsusiyyətlər Bayraktar KIZILELMA-nın düşmən ərazilərinə radara görünmədən sızmasını, hədəfləri aşkarlamasını, lazerlə işarələməsini və milli silahlarla məhv etməsini təmin edir.

    #ASELSAN #KIZILELMA #pilotsuz döyüş təyyarəsi #Türkiyənin ilk yerli insansız KAAN təyyarəsi #Bayraktar KIZILELMA #Elektro-Optik Hədəfləmə Sistemi (EOTS) #insansız hava vasitəsi (İHA) #radara görünməzlik #uzun mənzilli izləmə #aerokosmik texnologiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    1 İyun 2026 11:07

    Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

    31 May 2026 12:00

    Belçika kraliçası Matilda Baykarı ziyarət edib

    10 May 2026 21:27

    ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

    4 May 2026 10:52

    ASELSAN xarici asılılığı bitirir: Son 7 ildə 1 milyard dollar Türkiyədə qalıb

    3 May 2026 12:39

    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

    30 Aprel 2026 17:31

    ÇELİKKUBBE və süni intellekt sistemləri ASELSAN-ın gəlir artımında hərəkətverici qüvvə olub

    28 Aprel 2026 22:41

    NATO Baş katibi ASELSAN-da: Türkiyə müdafiə sənayesində “inqilab” edib

    22 Aprel 2026 13:57

    ASELSAN qlobal bazarlarda 38 milyard dollarlıq dəyərə çatıb

    9 Aprel 2026 17:11

    Türkiyənin hava məkanını qoruyacaq Çelik Kubbe layihəsində yeni mərhələ

    27 Mart 2026 14:38

    Qətərdə helikopter qəzası: Türk mayoru və ASELSAN mühəndisləri şəhid olub

    22 Mart 2026 14:24

    ASELSAN 166 milyon dollarlıq iki müdafiə müqaviləsi imzaladı

    16 Mart 2026 11:54
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.