Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Belçika kraliçası Matilda Baykarı ziyarət edib

    10 May 2026 21:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Belçika kraliçası Matilda Baykarı ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Belçikanın Kraliçası Mathilda Türkiyəyə rəsmi səfəri çərçivəsində Baykar şirkətinin Milli Texnologiya Mərkəzini ziyarət edib.

    VOA xəbər verir ki, Belçika İqtisadi Missiyası çərçivəsində baş tutan səfərdə kraliça ilə birlikdə Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frankken, regional hökumət nümayəndələri, diplomatlar, akademiklər və media təmsilçiləri iştirak ediblər.

    Nümayəndə heyəti İstanbulda yerləşən Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində Baykarın pilotsuz uçuş aparatlarının istehsalı və elmi-tədqiqat fəaliyyəti ilə tanış olub. Qonaqları Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar müşayiət edib.

    Səfər zamanı Baykarın hazırladığı milli pilotsuz uçuş aparatları, o cümlədən Bayraktar AKINCI zərbə pilotsuz uçuş aparatı nümayiş etdirilib. Kraliça Matilda və nümayəndə heyətinə şirkətin həyata keçirdiyi istehsal və texnologiya layihələri barədə geniş məlumat verilib.

    Ziyarətin sonunda nümayəndə heyəti Bayraktar AKINCI qarşısında xatirə fotosu çəkdirib. Həmçinin Kraliça Matildaya Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin maketi hədiyyə olunub.

    Selçuk Bayraktar çıxışında Baykarın dünyada pilotsuz uçuş aparatları bazarında aparıcı mövqeyə sahib olduğunu bildirib. O qeyd edib ki, şirkət ixrac bazarının təxminən 60 faizinə nəzarət edir və Avropa Türkiyə üçün əsas texnologiya və ticarət tərəfdaşlarından biridir.

    Bayraktar beynəlxalq əməkdaşlığın və texnoloji tərəfdaşlığın qlobal təhlükəsizlik baxımından mühüm rol oynadığını vurğulayaraq, müdafiə sənayesində güclü ittifaqların formalaşdırılmasının vacibliyini qeyd edib.

    #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Baykar #AKINCI PUA #Bayraktar AKINCI #Bayraktar KIZILELMA #Türkiyə hərbi texnologiyası #Belçika Kraliçası Matilda #Milli Texnologiya Mərkəzi #Belçika iqtisadi missiyası #Türkiyə-Belçika əməkdaşlığı #Baykar istehsal mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

    9 Avqust 2026 23:30

    Məkkə sazişi “Terrorsuz Türkiyə” ilə əlaqəlidirmi?

    9 Avqust 2026 17:00

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    22 İyul 2026 11:02

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    22 İyul 2026 10:22

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    19 İyul 2026 19:10

    Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

    10 İyul 2026 10:19

    "Mavi Vətən", "Yeniçərilər" və "F-35" - Ərdoğanın NATO sammitindəki mesajları

    9 İyul 2026 06:00

    NATO-da yeni dövr başlayır, Türkiyə ilk 10 müdafiə ixracatçısı sırasına daxil olmağı hədəfləyir

    7 İyul 2026 16:13
    XƏBƏR LENTİ

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.