Belçikanın Kraliçası Mathilda Türkiyəyə rəsmi səfəri çərçivəsində Baykar şirkətinin Milli Texnologiya Mərkəzini ziyarət edib. Belçika İqtisadi Missiyası çərçivəsində baş tutan səfərdə kraliça ilə birlikdə Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frankken, regional hökumət nümayəndələri, diplomatlar, akademiklər və media təmsilçiləri iştirak ediblər.
#Bayraktar KIZILELMA
Türkiyənin pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA yeni elektron müharibə qabiliyyəti ilə təchiz edilib. Platformaya inteqrasiya olunan ASELSAN FEWS-U Elektron Müharibə Süiti ilk uçuş sınağını uğurla başa vurub. Məlumata görə, FEWS-U sistemi “360 dərəcə əhatə dairəsi”, “yüksək dəqiqliklə təhdid istiqamətinin müəyyən edilməsi” və “sürətli təhdid aşkarlanması və diaqnostikası” imkanlarına malikdir. Sistem insansız hava platformalarının müasir hava döyüş mühitində sağqalma qabiliyyətini və əməliyyat effektivliyini artırmaq üçün hazırlanıb.
Türk Hava Qüvvələri 1911-ci ildə qurulduğu gündən bəri təyyarə ehtiyacını əsasən xarici ölkələr hesabına qarşılasa da, 2026-cı il bu asılılığın bitdiyi və milli layihələrin inventara daxil olduğu tarixi bir dönəm olacaq. KAAN, KIZILELMA və ANKA-3 kimi nəhəng layihələr Türkiyənin hava gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə daşıyır.
Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Bayraktar TB-3 Silahlı PUA-lar (SİHA) inventara daxil edilib. Bu barədə Türkiyə Milli Müdafiyə Nazirliyi Quru Qoşunları Komandanlığına Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk məlumat verib. MN-nin açıqlamasına görə, Bayraktar TB-3 və digər yeni silah sistemləri ordunun əməliyyat qabiliyyətinin artırılması və müdafiə sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə tətbiq olunub. Yeni sistemlər arasında həmçinin Lazer Axtarışlı Uzun Menzilli Tank Əleyhinə (L-UMTAS) raketləri, Orta Hündürlük Hava Hücumundan Müdafiə Sistemi (HİSAR-O), KARAOK Tank Əleyhinə Sistemi və modernləşdirilmiş M60T tankları var.
Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar KIZILELMA dünya aviasiya tarixində yeni bir uğura imza atıb. Sinop sahillərində keçirilən tarixi sınaqda milli pilotsuz döyüş təyyarəsi, ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən GÖKDOĞAN raketi ilə tam dəqiqliklə vurub. Bu uğur sayəsində Bayraktar KIZILELMA, aviasiya tarixində görüş məsafəsindən kənar hava raketi istifadə edərək jet mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.
Türkiyənin ilk yerli pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA dünyada bir ilke daha imza atıb. Təyyarəyə, ən inkişaf etmiş 5-ci nəsil döyüş təyyarələrində mövcud olan Aşağı Görünürlüklü Elektro-Optik Hədəfləmə Sistemi TOYGUN uğurla inteqrasiya edilib və bu, ilk dəfə olaraq bir pilotsuz döyüş təyyarəsində tətbiq olunub. Baykar şirkətinin tamamilə milli resurslarla hazırladığı Bayraktar KIZILELMA, Türkiyəni havacılıqda yeni bir səviyyəyə çıxaracaq kritik bacarığı da sınaqdan keçirib. Təyyarənin inkişafı planlaşdırıldığı kimi davam edir və platformaya ASELSAN tərəfindən hazırlanan TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi tamamilə yerli imkanlarla inteqrasiya olunub.