Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    NATO Baş katibi ASELSAN-da: Türkiyə müdafiə sənayesində “inqilab” edib

    22 Aprel 2026 13:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NATO Baş katibi ASELSAN-da: Türkiyə müdafiə sənayesində “inqilab” edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    NATO Baş katibi Mark Rutte Ankaraya səfəri çərçivəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-ı ziyarət edib.

    VOA xəbər verir ki, Mark Rutte şirkətin müasir istehsal və texnoloji imkanları ilə tanış olub, mühəndislərlə görüş keçirib.

    O, Türkiyənin son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətləri “qlobal miqyasda uğur hekayəsi” kimi qiymətləndirib.

    Məlumata görə, Rutte ASELSAN-da Haluk Görgün və Ahmet Akyol tərəfindən qarşılanıb. NATO rəhbəri çıxışı zamanı bildirib ki, müasir dövrdə yalnız müdafiə xərclərinin artırılması kifayət etmir, əsas məsələ istehsal gücünün genişləndirilməsidir.

    Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi modeli NATO üçün mühüm nümunə rolunu oynayır. “Türkiyə bu sahədə real inqilab həyata keçirib və ASELSAN bu prosesin ön cəbhəsindədir”, – deyə o vurğulayıb.

    Rutte həmçinin beynəlxalq təhlükəsizlik mühitinə toxunaraq bildirib ki, dünya Arktikadan Aralıq dənizinə, kosmosdan kiberməkana qədər geniş təhlükələrlə üz-üzədir. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini, Çinin hərbi potensialını artırdığını, İranın isə regionda sabitliyi pozan fəaliyyətlər həyata keçirdiyini qeyd edib.

    NATO Baş katibi Türkiyənin bu təhdidləri birbaşa hiss edən müttəfiq olduğunu bildirərək alyansın ölkənin təhlükəsizliyini təmin etməkdə qətiyyətli olduğunu vurğulayıb.

    O əlavə edib ki, kollektiv təhlükəsizliyin təmin olunması yalnız orduların deyil, həm də sənaye sektorunun üzərinə düşür. “Bizi təhlükəsiz edən təkcə maliyyə deyil, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, sursat və radar texnologiyalarıdır”, – deyə Rutte qeyd edib.

    ASELSAN-ın beynəlxalq layihələrinə də toxunan NATO rəhbəri şirkətin Polşa və Xorvatiya ilə əməkdaşlığını nümunə göstərərək “transatlantik istehsal əməkdaşlığı”nın gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Rutte ASELSAN-ın gənc və dinamik kadr potensialını xüsusi qeyd edərək şirkətdə orta yaş həddinin aşağı olmasını yüksək qiymətləndirib və bunu gələcək təhlükəsizlik sistemlərinin inkişafı baxımından mühüm amil kimi dəyərləndirib.

    #Türkiyə #ASELSAN #Ankara #Haluk Görgün #Mark Rutte #NATO baş katibi Mark Rutte #Ahmet Akyol
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    Avropa İttifaqı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən uzaq durmağı tövsiyə edib

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.