BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN ilə müdafiə sənayesi nazirliyi (SSB) arasında yeni müqavilələr imzalanıb.
VOA xəbər verir ki, bildirilib ki, müqavilələr çərçivəsində ilkin təchizatların 2026-cı ildən etibarən həyata keçirilməsi nəzərdə tutulur.
Müqavilələr strateji əhəmiyyətə malik layihələri əhatə edir və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək. Sənədlərin imzalanması ilə həmçinin iki tərəf arasında müdafiə texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi hədəflənir.