Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin hava məkanını qoruyacaq Çelik Kubbe layihəsində yeni mərhələ

    27 Mart 2026 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin hava məkanını qoruyacaq Çelik Kubbe layihəsində yeni mərhələ
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib.

    VOA xəbər verir ki, Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir. Mövcud geosiyasi vəziyyətin istehsal gücünü artırmağı zəruri etdiyini deyən direktor, müdafiə potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün çalışdıqlarını vurğulayıb.

    ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE-nin birgə əməyi olan Çelik Kubbe layihəsindən danışan İkinci bu sistemin əhəmiyyətini belə ifadə edib:

    "Çelik Kubbe layihəsinin bütün komponentlərini özümüz hazırladığımız üçün ehtiyac duyulan hər an istənilən sayda raket, radar və batareya sistemləri istehsal edə biləcək potensiala sahibik. Bu, sadəcə bitmiş bir məhsul deyil, daim yeni texnologiyaların inteqrasiya olunacağı və yeni təhdidlərə qarşı təkmilləşdiriləcək bir infrastrukturdur."

    Direktor həmçinin əlavə edib ki, 2026-cı il və sonrasında hava-hava raketləri və yeni ballistik raketlər də daxil olmaqla bir çox yeni məhsul mərhələli şəkildə istifadəyə veriləcək.

    #ASELSAN #Türkiyə müdafiə sənayesi #ROKETSAN #müdafiə sənayesi məhsulları #müdafiə sənayesi #Çelik Kubbe #Murat İkinci
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

    9 Avqust 2026 23:30

    Məkkə sazişi “Terrorsuz Türkiyə” ilə əlaqəlidirmi?

    9 Avqust 2026 17:00

    ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

    3 Avqust 2026 19:24

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    27 İyul 2026 21:59

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    27 İyul 2026 21:38

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    27 İyul 2026 19:17

    Süni intellekt şirkətləri qlobal müdafiə strategiyalarını necə dəyişir?

    27 İyul 2026 18:05

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    22 İyul 2026 11:02
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.