ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) nümayiş qrupundakı F-16 tipli bir döyüş təyyarəsinin Kaliforniya ştatının cənubunda qəzaya uğradığı bildirilib. Nellis Hərbi Hava Qüvvələri Bazası tərəfindən verilən açıqlamaya görə, USAF tərkibindəki “Thunderbirds” akrobatika komandasına məxsus F-16C Fighting Falcon döyüş təyyarəsi San-Bernardino bölgəsində Trona Hava Limanı yaxınlığında qəzaya düşüb. San-Bernardino Rayon Yanğınsöndürmə Departamentinin açıqlamasında isə qəzadan əvvəl təyyarədən özünü katapult etməyi bacaran pilotun xəstəxanada müalicə olunduğu bildirilib.
#pilotsuz döyüş təyyarəsi
Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar KIZILELMA dünya aviasiya tarixində yeni bir uğura imza atıb. Sinop sahillərində keçirilən tarixi sınaqda milli pilotsuz döyüş təyyarəsi, ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən GÖKDOĞAN raketi ilə tam dəqiqliklə vurub. Bu uğur sayəsində Bayraktar KIZILELMA, aviasiya tarixində görüş məsafəsindən kənar hava raketi istifadə edərək jet mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.
11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırmalar davam edir. Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb ki, hadisə yerində aparılan qəzaya/bərpa işləri yekunlaşıb və komanda artıq Türkiyəyə qayıdıb. Bildirilib ki, hadisə yerindəki təyyarə qalıqları Kayseridəki 2-ci Əsas Baxım Fabrika İdarəsinə göndərilməkdədir və təhlil prosesinə başlanacaq.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler Milli Muharip Təyyarə KAAN üçün hazırlanan yerli və milli mühərrik işlərinin planlı qrafik üzrə davam etdiyini açıqlayıb. Yeni Yol Partiyasından Mersin millət vəkili Mehmet Emin Ekmenin yazılı sorğusuna cavab verən Nazir Güler bildirib ki, KAAN layihəsi TUSAŞ şirkətinin rəhbərliyi altında nəzərdə tutulan istehsal və inkişaf işlərinə uyğun şəkildə irəliləyir.
Türkiyənin ilk yerli pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA dünyada bir ilke daha imza atıb. Təyyarəyə, ən inkişaf etmiş 5-ci nəsil döyüş təyyarələrində mövcud olan Aşağı Görünürlüklü Elektro-Optik Hədəfləmə Sistemi TOYGUN uğurla inteqrasiya edilib və bu, ilk dəfə olaraq bir pilotsuz döyüş təyyarəsində tətbiq olunub. Baykar şirkətinin tamamilə milli resurslarla hazırladığı Bayraktar KIZILELMA, Türkiyəni havacılıqda yeni bir səviyyəyə çıxaracaq kritik bacarığı da sınaqdan keçirib. Təyyarənin inkişafı planlaşdırıldığı kimi davam edir və platformaya ASELSAN tərəfindən hazırlanan TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi tamamilə yerli imkanlarla inteqrasiya olunub.
Fransa hökuməti Dassault Aviation tərəfindən istehsal olunan Rafale döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Ölkənin 2026-cı il dövlət büdcəsi layihəsində Müdafiə Nazirliyinin hazırkı 225 ədədlik hədəfi 286 təyyarəyə qədər yüksəltməyi nəzərdən keçirdiyi qeyd olunub.
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb. NBC News-un, Morqan dairəsi Şerif İdarəsinə istinadən verdiyi məlumata görə, eyni anda Fort Morqan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada bir-biri ilə toqquşub. Rəsmi şəxslər hər iki təyyarədə iki nəfərin olduğunu, qəza nəticəsində bir nəfərin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı təhlükəsizlik araşdırmasına başlayıb.
Türkiyənin yerli istehsal olan beşinci nəsil döyüş təyyarəsi KAAN, ABŞ-da nəşr olunan “National Interest” jurnalında geniş təhlil olunaraq, ölkənin bu sahədəki nailiyyətləri və təyyarənin qabaqcıl imkanları vurğulanıb. Jurnal KAAN-ı Ankaranın indiyə qədərki ən iddialı aerokosmik layihəsi kimi qiymətləndirib və onun hava üstünlüyü, dərin zərbə və şəbəkə əsaslı müharibə kimi geniş missiyaları yerinə yetirə biləcəyini qeyd edib. Təhlildə KAAN-ın iki mühərrikli, gizli və çoxfunksiyalı dizaynı F-35 və Su-57 ilə müqayisə edilərək, təyyarənin radar gizliliyini artıran trapezoidal qanadlar, çən strukturu və daxili silah yuvası kimi xüsusiyyətləri ön plana çıxarılıb. Həmçinin, təyyarənin qabaqcıl sensor paketləri, aktiv elektron skan edilmiş massiv (AESA) radarı və elektron müharibə sistemləri ilə pilotun situasiya məlumatlılığını artıracağı bildirilib.
Türkiyənin Sakarya şəhərində mənşəyi bilinməyən bir Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlanıb.