Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

    30 Aprel 2026 17:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi, 5-8 may 2026-cı il tarixlərində paytaxt Bakıda, "JW Marriott Absheron" otelində işinə başlayır. 500-dən çox nüfuzlu sahibkarın iştirak edəcəyi bu mötəbər tədbir regionun ən güclü ticari diplomatiya platformalarından biri kimi qiymətləndirilir.

    VOA xəbər verir ki, Haktan Mazmanoğlunun koordinasiyası ilə təşkil olunan zirvə, ənənəvi tədbirlərdən fərqli olaraq "Dövlət-Universitet-Sənaye Birliyi" modelini rəhbər tutur. Zirvə mühəndislik layihələrinin birbaşa ticari dəyərə çevrilməsini hədəfləyir. Tədbirə KOSGEB, Türkiyə Respublikası Ticarət Nazirliyi, TİKA, TÜİB, TÜRKSOY, ASELSAN, MÜSİAD Azərbaycan, UID Azərbaycan, TEİAŞ, ASFAT və AQSİA kimi strateji dövlət və özəl qurumlar dəstək verir. Nüfuzlu alimlərin innovativ baxışı və ASELSAN, AZERSUN kimi sənaye nəhənglərinin iştirakı bu əməkdaşlıq zəncirini tamamlayır.

    Zirvənin mərkəzində peşəkar B2B (biznesdən-biznesə) görüşləri dayanır. İştirakçı şirkətlər satınalma müdirləri, layihə rəhbərləri və investorlarla birbaşa təmasda olmaq imkanı qazanacaqlar. 24 fevralda Bakıda keçirilən və 35 Türk şirkətinin 1000-dən çox peşəkarla görüşdüyü uğurlu təcrübənin davamı olaraq, bu zirvədə də konkret müqavilələrin imzalanması və yeni bazarlara çıxış imkanları müzakirə ediləcək.

    Zirvənin koordinatoru Haktan Mazmanoğlu tədbirin əhəmiyyətini vurğulayaraq bildirib: "Biz sadəcə bir görüş təşkil etmirik; mühəndisliyin nəzəriyyəsini akademiya ilə, təcrübəsini sənaye ilə, yolunu isə dövlət dəstəyi ilə açırıq. Türk dünyasının mühəndislik birikimini ortaq bir ekosistemdə birləşdirərək 'Tək Millət, Ortaq Gələcək' vizyonunu real layihələrlə inşa edirik."

    Zirvə çərçivəsində Türkiyə, Azərbaycan və Orta Asiya ölkələrindən yüksək səviyyəli dövlət rəsmi və biznes nümayəndələri bir araya gələcək. 40-dan çox media qurumunun işıqlandırması ilə reallaşacaq tədbirin 2 milyondan çox insana çatması hədəflənir.

    #ASELSAN #MÜSİAD Azərbaycan #TİKA #AZERSUN #IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

    30 İyul 2026 10:38

    Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

    9 İyul 2026 21:24

    NATO-da tarixi razılaşmalar imzalandı - Türkiyə şirkətləri alyansın əsas müdafiə layihələrində yer alacaq

    7 İyul 2026 15:59

    Türkiyənin hərbi dənizçilikdə sistematik transformasiyası: MİLGEM proqramı

    28 İyun 2026 14:00

    MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

    26 İyun 2026 19:14

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    1 İyun 2026 11:07

    Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

    4 May 2026 16:40

    ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

    4 May 2026 10:52

    ASELSAN xarici asılılığı bitirir: Son 7 ildə 1 milyard dollar Türkiyədə qalıb

    3 May 2026 12:39

    ÇELİKKUBBE və süni intellekt sistemləri ASELSAN-ın gəlir artımında hərəkətverici qüvvə olub

    28 Aprel 2026 22:41

    NATO Baş katibi ASELSAN-da: Türkiyə müdafiə sənayesində “inqilab” edib

    22 Aprel 2026 13:57

    ASELSAN qlobal bazarlarda 38 milyard dollarlıq dəyərə çatıb

    9 Aprel 2026 17:11
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.