Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İmamoğlu barəsində 2 min ilədək həbs cəzası tələb olunur

    11 Noyabr 2025 18:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İmamoğlu barəsində 2 min ilədək həbs cəzası tələb olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan cinayət işi üzrə hazırlanan ittiham aktı İstanbul Baş Prokurorluğu tərəfindən tamamlanaraq ictimaiyyətə açıqlanıb.

    AzerVoice xəbər verir ki, ittiham aktında hazırda həbsdə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu barəsində çoxsaylı hüquq pozuntusu ilə bağlı ittihamlar irəli sürülüb. Prokurorluq onun üçün 849 ildən 2 min 430 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası istəyib.

    İttiham aktında İmamoğlu “cinayət məqsədilə qurulan təşkilata rəhbərlik”, “rüşvət”, “dövlət qurumlarına ziyan verilməsi”, “dövlət vəsaitinin mənimsənilməsi”, “məlumatların qanunsuz əldə edilməsi”, “dəlillərin gizlədilməsi”, “dövlət əmlakına zərər vurulması”, “dələduzluq”, “qara pul dövriyyəsi” və başqa maddələrlə günahlandırılır.

    Sənəddə Mülkiyyətə Nəzarət Şurası “müraciət edən tərəf”, bir neçə nazirlik və yerli idarəetmə orqanı isə “zərərçəkən qurum” kimi göstərilib.

    İttiham aktında başqa şəxslərin də adları çəkilir. Onlardan bəzilərinin “cinayət məqsədilə yaradılmış təşkilata rəhbərlik”, digərlərinin isə “təşkilata üzvlük” maddəsi ilə cəzalandırılması tələb edilir. Məlumata görə, bəzi şübhəlilər istintaqa məlumat verdikləri üçün onların barəsində yüngülləşdirici məqamların tətbiqi təklif olunub.

    Prokurorluq iddia edir ki, cinayət yolu ilə əldə edilmiş gəlirlər və həmin gəlirlər vasitəsilə idarə olunan şirkətlər müsadirə edilməlidir. Siyahıda Ekrem İmamoğlu da daxil olmaqla çox sayda şəxsin adına qeydiyyatda olan hüquqi şəxslər və vəsaitlər yer alır.

    İttiham aktı məhkəmə tərəfindən qəbul edildiyi halda, iş Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

    #İstanbul Baş Prokurorluğu #Ekrem İmamoğlu #İstanbul Böyükşəhər Bələdiyyəsi #Cümhuriyyət Xalq Partiyası (CHP) #Mülkiyyətə Nəzarət Şurası #Ağır Cinayətlər Məhkəməsi #İmamoğluna ittihamlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Siyasi şantaj və təhdid halları qarşısında qəti addım atılacaq - Ömər Çelik

    25 May 2026 16:56

    Ərdoğan bu gün Devlet Bahçelini qəbul edəcək

    30 Aprel 2026 17:48

    Türkiyə müxalifəti ABŞ səfirinin "arzuolunmaz şəxs" elan edilməsini tələb edir

    21 Aprel 2026 08:03

    CHP-nin düşdüyü acınacaqlı vəziyyət bizi kədərləndirir - Ərdoğan

    13 Aprel 2026 20:19

    İstanbulda baş verən terror aktı ilə əlaqədar saxlanılan üç şübhəli həbs edilib

    13 Aprel 2026 17:12

    Dövlət çevrilişi və xunta ənənəsi müxalifətdədir - Ərdoğan

    1 Aprel 2026 14:33

    Antalya Böyükşəhər Bələdiyyəsində korrupsiya əməliyyatı: Baş müşavir saxlanılıb

    30 Mart 2026 10:49

    Türkiyənin 13 vilayətində qanunsuz mərc əməliyyatı: 1,2 milyard lirəlik qazanc aşkarlandı

    28 Mart 2026 13:21

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İstanbulda futbolda mərc və danışılmış oyunlar iddiaları ilə bağlı ittihamnamə hazırlanıb

    5 Fevral 2026 11:34

    İstanbulda 21 şəhərdə təşkil olunmuş əməliyyatda 96 şübhəli saxlanılıb

    9 Yanvar 2026 10:27
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    ABŞ-də naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb

    Roma və Bizans nümunəsində - ABŞ zəifləyir, yoxsa yenidən formalaşır?

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.