#İstanbul Baş Prokurorluğu

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya və rüşvət araşdırması çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları gecə saatlarında həyata keçirdikləri basqın zamanı bələdiyyə sədri Muhittin Böcəyin baş müşaviri Cem Oğuz və bələdiyyə əməkdaşı Buse K.-nı evlərində saxlayıblar.

İstanbul mərkəzli olmaqla 13 vilayətdə qanunsuz mərc oyunları təşkil edən şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb. İstintaq materiallarına görə, saxlanılan şəxslər 2023-2025-ci illər ərzində qanunsuz mərc saytları vasitəsilə 1 milyard 200 milyon türk lirəsi (təxminən 62 milyon manat) məbləğində haqsız qazanc əldə ediblər.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "futbolda mərc" və "danışılmış oyunlar" iddiaları ilə bağlı 5-i həbsdə olan 52 şübhəli barəsində ittihamnamə hazırlanıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb. Hazırlanmış ittihamnamədə "Zonguldakspor Futbol Klubu AŞ" cinayətdən zərərçəkmiş tərəf, "Ankaraspor" və "Nazillispor" isə "maddi məsuliyyət daşıyan" tərəflər kimi yer alıb.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya İstanbul mərkəzli, ölkə xaricində cəzaçəkmə müəssisəsində olan bir cinayətkarın rəhbərlik etdiyi təşkil olunmuş cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatlarda 96 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial media hesabında yazdığı açıqlamada təşkil olunmuş cinayətkar dəstələrə qarşı mübarizənin qətiyyətlə davam etdiyini vurğulayıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və oyun alveri ” istintaqı çərçivəsində, aralarında 14 futbolçu və keçmiş “Qalatasaray” İdman Klubunun rəhbərlərindən Erden Timurun da olduğu 29 şübhəli barəsində saxlanılma qərarı verilib. İstintaq çərçivəsində MASAK və qanuni mərc saytlarından əldə olunan məlumatlar araşdırılıb. Araşdırmalar zamanı bəzi futbolçuların özlərinin meydana çıxacaqları qarşılaşmalara “rəqib komanda qalib gələr” məzmununda mərc etdikləri müəyyən edilib.

İstanbul Baş Prokurorluğu elektron pul və ödəniş platforması VEPARA haqqında “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” maddəsi üzrə istintaqa başlayıb. 6 vilayətdə keçirilən əməliyyat çərçivəsində 31 şübhəli barəsində saxlanılma qərarı verilib. Papara, Payfix, IQ Money və PAYCO əməliyyatlarından sonra elektron ödəniş şirkətlərinə yönəlik çirkli pul araşdırmaları davam edir. İstanbul Respublika Baş Prokurorluğunun Terrorçuluğun Maliyyələşdirilməsinin Qarşısının Alınması və Pul Yuyulması Cinayətləri üzrə İstintaq Bürosu, VEPARA Elektron Pul və Ödəniş Xidmətləri Sistemi şirkəti barədə “əmlak dəyərlərinin yuyulması” cinayətləri üzrə istintaq başladıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində sabiq TFF sədr müavini, keçmiş basketbolçu Lütfi Arıboğan, TFF-nin keçmiş baş katibi Ebru Köksal, Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Ahmet Gülüm və hüquqşünas İlhan Helvacı ifadə vermək üçün hüquq-mühafizə orqanlarına dəvət olunub.

İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

Futbolda mərclik araşdırmaları çərçivəsində, sabiq hakim və şərhçi Ahmet Çakar da daxil olmaqla çox sayda futbolçu və klub rəhbəri saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğu, ictimaiyyətdə “Futbolda Mərclik Araşdırmaları” kimi tanınan araşdırma çərçivəsində həyata keçirilən yeni əməliyyatla bağlı açıqlama yayıb. Prokurorluğun yazılı açıqlamasında qeyd olunub ki, əməliyyat Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) məlumatları, qanuni mərclik saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları və Peşəkar Futbol Disiplin Qurulu (PFDK)-nın 13 noyabr 2025-ci il tarixli iclasında cəza almış 101 futbolçuya dair analizlər əsasında həyata keçirilib.