Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan yeni mərhələ ilə bağlı mesaj verdi - Artıq xalqımız yeni ağır itkilərlə üzləşməyəcək

    27 İyun 2026 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan yeni mərhələ ilə bağlı mesaj verdi - Artıq xalqımız yeni ağır itkilərlə üzləşməyəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Hakim Ədalət və İnkişaf Partiyasının 33-cü Məsləhətləşmə və Qiymətləndirmə Toplantısı Sapanca şəhərində keçirilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti və partiyanın sədri Rəcəb Tayyib Ərdoğan partiyanın fəaliyyəti, ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi, terrorla mübarizə, müxalifətlə münasibətlər və gələcək hədəflərlə bağlı geniş bəyanatlar səsləndirib.

    Ərdoğan bildirib ki, Ədalət və İnkişaf Partiyası yarandığı ilk gündən etibarən həm cəmiyyət, həm də öz sıraları ilə vasitəçilər olmadan birbaşa ünsiyyətə üstünlük verib.

    "Biz nə öz daxilimizdə, nə də xalqımızla vasitəçilər üzərindən danışan siyasi komanda olmamışıq. Yarandığımız gündən üfüqi və şaquli ünsiyyət kanallarını daim açıq saxladıq. Fikirlərimizi hər zaman sərbəst şəkildə ifadə etdik", – deyə o bildirib.

    Prezident qeyd edib ki, toplantı çərçivəsində bu gün və sabah ölkənin əsas məsələləri ətrafında müzakirələr aparılacaq və nəticədə gələcəyə daha aydın baxış formalaşdırılacaq.

    Ərdoğan xatırladıb ki, partiya 33-cü ənənəvi məsləhətləşmə toplantısını keçirdiyi bir vaxtda, təxminən bir ay yarımdan sonra Ədalət və İnkişaf Partiyasının yaradılmasının 25 illiyi qeyd olunacaq.

    "Artıq fəaliyyətimizin dörddəbir əsrini geridə qoymuşuq. 25 ildir yorulmadan, usanmadan ölkəmizə və xalqımıza xidmət etməyin qürurunu yaşayırıq", – deyə Türkiyə Prezidenti vurğulayıb.

    "86 milyonun hamısı bu dövlətin bərabər sahibidir"

    Ərdoğan çıxışında Türkiyə vətəndaşlarının bərabər hüquqlara malik olduğunu bildirib.

    Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti vətəndaşlığına malik heç kim bu torpaqlarda qonaq, kirayəçi, sığınacaq axtaran və ya ikinci dərəcəli vətəndaş deyil.

    "Əksinə, hər kəs bu ölkənin sahibidir, bu millətin doğma övladıdır. Məzhəbindən, etnik mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşı bu dövlətin bərabər sahibidir", – deyə Ərdoğan bildirib.

    O vurğulayıb ki, dövlət müəyyən təbəqənin, qrupun və ya etnik mənsubiyyətin deyil, Türkiyədə yaşayan 86 milyon insanın dövlətidir.

    Prezident əlavə edib ki, ölkədə heç kim özünü ögey övlad hesab etməməlidir.

    Ərdoğanın sözlərinə görə, imtiyazlarını itirən bəzi dairələr hökuməti cəmiyyəti qütbləşdirməkdə ittiham etsələr də, əslində onlar normallaşma siyasəti yürüdüblər.

    "Hansı sahədə olursa olsun, biz üstünlük uğrunda deyil, ədalət uğrunda mübarizə apardıq", – deyə o bildirib.

    Hicab məsələsi ilə bağlı açıqlamalar

    Prezident hicab mövzusuna da toxunaraq bildirib ki, bu məsələdə heç vaxt ayrı-seçkilik və ya başqalarının azadlıqlarını məhdudlaşdırmaq məqsədi güdməyiblər.

    Onun sözlərinə görə, bəzi insanlar hələ də hicablı qadınlara qarşı aqressiv münasibət nümayiş etdirirlər.

    "Bəzi savadsız və köhnə düşüncəli insanlar hicablı qadınlara qarşı nifrət nümayiş etdirir, guya qadınlara dərs keçməyə çalışırlar. Türkiyə artıq bu mübahisələri arxada qoyub", – deyə Ərdoğan bildirib.

    O qeyd edib ki, insanların geyim tərzini qadağan etmək cəmiyyətin huzurunu və sabitliyini pozur.

    Prezident vurğulayıb ki, hicablı Türkiyə cəmiyyətinin təbii həyat tərzinin bir hissəsidir və hər hansı dini cərəyanın və ya ideologiyanın simvolu kimi təqdim edilə bilməz.

    "Heç kim bizə dərs verə bilməz"

    Ərdoğan bildirib ki, hökumət heç vaxt fərqli düşünən insanlara düşmən münasibət bəsləməyib.

    "Bizdən fərqli düşünür deyə heç kimə düşmənçilik etmədik. Eyni şəkildə heç kim də bizə fərqli düşündüyümüz üçün düşmən münasibət göstərə bilməz. Heç kimin öz vətənimizdə bizə ayrı-seçkilik etməyə və təkəbbürlü şəkildə dərs verməyə haqqı yoxdur", – deyə o bildirib.

    Prezident qeyd edib ki, Cümhuriyyət Xalq Partiyasının seçiciləri ilə bütün məsələlərdə eyni fikirdə olmasalar da, hamısı eyni vətənin övladlarıdır.

    Onun sözlərinə görə, siyasətin əsas məqsədi ortaq məxrəcə gəlməkdir və siyasi fəaliyyət "eyni fikirdə olanlar bir yerdə, fərqli düşünənlər ayrı yerdə olsun" prinsipi üzərində qurulmamalıdır.

    Cümhuriyyət Xalq Partiyasındakı vəziyyətə münasibət

    Ərdoğan çıxışında Cümhuriyyət Xalq Partiyasındakı daxili proseslərə də toxunub.

    Onun sözlərinə görə, hazırda partiya daxilində ciddi qarşıdurma və fikir ayrılığı yaşanır.

    "Biz bu daxili mübarizənin tərəfi deyilik. Dünən də deyildik, bu gün də deyilik, sabah da olmayacağıq", – deyə o bildirib.

    Prezident vurğulayıb ki, mövcud vəziyyət həmin partiyanın öz qərarlarının nəticəsidir.

    Bununla yanaşı, o bildirib ki, Cümhuriyyət Xalq Partiyasının xarici təsirlərdən azad olması həm partiyanın özü, həm də Türkiyə üçün faydalı olardı.

    "Onların buna nail olub-olmayacağını bilmirik. Ancaq Türkiyənin sağlam və güclü əsas müxalifətə malik olmasını arzulayırıq", – deyə Ərdoğan bildirib.

    O əlavə edib ki, gücünü xalqdan deyil, Türkiyə ilə bağlı maraqları olan xarici qüvvələrdən alan müxalifət ölkəyə fayda deyil, zərər gətirir.

    "Artıq xalqımız yeni bədəllər ödəməyəcək"

    Ərdoğan çıxışında terrorla mübarizə və milli təhlükəsizlik məsələlərinə də xüsusi yer ayırıb.

    O bildirib ki, Ədalət və İnkişaf Partiyası Türkiyənin bütün təbəqələrini əhatə edən siyasi hərəkatdır və hər kəs bu siyasi yolun bir hissəsi ola bilər.

    Prezident qeyd edib ki, partiya və Cümhur İttifaqı terrorsuz Türkiyə hədəfi başda olmaqla, xarici siyasət, milli təhlükəsizlik və digər strateji məsələlər üzrə ümumi razılığa açıqdır.

    "İllərlə sağ dedilər, sol dedilər və bu xalqa ağır bədəllər ödətdilər. Biz artıq xalqımızın yeni bədəllər ödəməsini istəmirik. Artıq ölkəmizdə terrora son qoyuruq", – deyə Ərdoğan bildirib.

    O əlavə edib ki, qələbəyə çatmaq üçün bütün vasitələri məqbul hesab edən, prinsip, qayda və hüquq tanımayan yanaşma onların siyasi anlayışına tamamilə ziddir.

    Çıxışının sonunda Ərdoğan bildirib ki, təmsil etdikləri siyasi yol uzun tarixi köklərə malik müqəddəs bir davadır.

    "Bu dava bizdən əvvəl də var idi, bizdən sonra da yaşayacaq", – deyə Türkiyə Prezidenti vurğulayıb.

    #Rəcəb Tayyib Ərdoğan #AK Parti #Cümhuriyyət Xalq Partiyası (CHP) #Ədalət və İnkişaf Partiyası #Türkiyə Prezidenti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

    18 Avqust 2026 09:27

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25

    Hörmüz boğazının açılması prioritetdir - Rəcəb Tayyib Ərdoğan

    15 Avqust 2026 21:18

    Məkkə müdafiə paktı qarşıdurmaya deyil, cavabdehlik hissəsinə söykənir - Pakistanın BMT-dəki səfiri

    13 Avqust 2026 12:06

    Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı

    12 Avqust 2026 09:38

    Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək

    11 Avqust 2026 16:34

    Ərdoğanın prezidentliyində 12 il: Türkiyə siyasətində dəyişən mənzərə

    10 Avqust 2026 15:23

    Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi?

    10 Avqust 2026 06:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.