Hakim Ədalət və İnkişaf Partiyasının 33-cü Məsləhətləşmə və Qiymətləndirmə Toplantısı Sapanca şəhərində keçirilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti və partiyanın sədri Rəcəb Tayyib Ərdoğan partiyanın fəaliyyəti, ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi, terrorla mübarizə, müxalifətlə münasibətlər və gələcək hədəflərlə bağlı geniş bəyanatlar səsləndirib.
#Cümhuriyyət Xalq Partiyası (CHP)
Türkiyə Respublikasının Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Sapancada keçirilən "AK Partiya 33-cü Məsləhətləşmə və Qiymətləndirmə Toplantısı"nda iştirak edib. Dövlət başçısı tədbirdəki çıxışı zamanı ölkənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində yaşanan son gərginliklərə və ixtilaflara toxunaraq sərt bəyanatlarla çıxış edib.
Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupunun iclasında çıxışı zamanı ölkənin siyasi gündəmi, parlamentin fəaliyyəti, müxalifətin mövqeyi və hakimiyyətin qarşıdakı hədəfləri ilə bağlı mühüm açıqlamalar verib.
Türkiyədə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu partiyaya bağlı bələdiyyələrdə şəffaflığın artırılması və mümkün qanun pozuntularının qarşısının alınması məqsədilə yeni nəzarət mexanizminin yaradılması barədə göstəriş verib. Partiya rəhbərliyinin qərarına əsasən, Cümhuriyyət Xalq Partiyasının nəzdində Etika Şurası formalaşdırılacaq. Yeni qurum partiyanın idarə etdiyi bütün bələdiyyələrin fəaliyyətini nəzarətdə saxlayacaq və mümkün qanun pozuntuları ilə bağlı araşdırmalar aparacaq.
AK Parti Sözcüsü Ömər Çelik, CHP qurultayına dair qərarı şərh edərək bildirib ki, siyasi zorbalıq, hədəf göstərmə və təhdid halları qarşısında hərəkət edəcək. Məhkəmə tərəfindən müvəqqəti olaraq CHP rəhbərliyindən uzaqlaşdırılan Özgür Özəlin siyasətdəki üslubunu da tənqid edib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duranın sosial media hesabında paylaşdığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan MHP lideri Devlet Bahçelini qəbul edəcək. Görüş bu gün saat 17:30-da Prezident iqamətgahında baş tutacaq. Görüşdə aktual siyasi məsələlərin və "Cumhur İttifaqı"nın gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağı gözlənilir.
Türkiyə müxalifəti ABŞ-ın xüsusi elçisi Tom Baraka qarşı kəskin hücuma keçib. Buna səbəb Brakın Yaxın Şərqdə yalnız "güclü liderliyi olan rejimlərin" uğur qazandığını deməsi və Türkiyə ilə İsrail arasındakı alyansın bölgənin rifahı üçün yeganə yol olduğunu iddia etməsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında etdiyi paylaşımda CHP rəhbərliyini kəskin tənqid edib. Ərdoğan bildirib ki, CHP sədri həqiqətən millətə və qadınlara fayda vermək istəyirsə, nazirlik adları ilə uğraşmağı dayandırıb partiyasını "xərçəng hüceyrəsi kimi saran" korrupsiya, rüşvət və taciz skandalları ilə məşğul olmalıdır. Prezident qeyd edib ki, əgər CHP sədri yeni bir struktur qurmaq istəyirsə, təcili olaraq partiya daxilində "korrupsiyadan təmizlənmə şöbəsi" yaratmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın qrup iclasında mühüm siyasi açıqlamalarla çıxış edib. Prezident vurğulayıb ki, dövlət başçısına və hakimiyyətə qarşı təhqiramiz ifadələrin işlədilməsi qəbuledilməzdir və bu cür davranışlar siyasi etikaya ziddir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edərək siyasi mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, belə şəraitdə siyasətçinin geri addım atmaması, səbirli və prinsipial mövqe sərgiləməsi vacibdir. Prezident vurğulayıb ki, “geri addım atmaq yoxdur, dik duracağıq, lakin dikbaşlıq etməyəcəyik. Amma CHP-yə də meydanı buraxmayacağıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin son davranışlarını kəskin tənqid edərək, hakim partiyanın və Cumhur İttifaqının ölkədə siyasi sabitliyin əsas dayağı olduğunu bildirib. Ərdoğan qlobal geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türkiyənin sabitliyinin məhz mövcud siyasi ittifaqla təmin olunduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq sistemdə qaydalar dəyişir, yeni böhranlar yaranır və belə şəraitdə təcrübəli və peşəkar kadrların idarəçilikdə olması mühüm əhəmiyyət daşıyır.
Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.