MHP sədri Devlet Bahçeli partiyanın iftar proqramında çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı siyasətinin bölgədə təhlükəli nəticələr doğurduğunu deyib. Onun sözlərinə görə, müharibənin regional xarakter alması, etnik və məzhəb zəminində daha geniş qarşıdurmaya çevrilməsi üçün təxribatlar aparılır.
Türk Dövlətləri
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, Livan ərazisinə endirilən zərbələr beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu hücumlar ölkədə genişmiqyaslı əhali köçünə səbəb olub. Bəyanatda bildirilir ki, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirir və Yaxın Şərqdə sabitliyə ciddi təhlükə yaradır.
Bu ilin payızında Türk Dövlətləri Parlament Assambleyasının növbəti plenar iclası Qırğızıstanda keçiriləcək. Mamatəliyev qeyd edib ki, parlament diplomatiyası vasitəsilə qardaş xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Türkiyənin xarici işlər naziri Hakan Ankara paytaxt Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə mühüm görüş keçirib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Xarici İşlər Nazirliyində baş tutan bu görüşdə əsas diqqət Yaxın Şərqdə alovlanan müharibə, Ukrayna böhranı və qlobal təhlükəsizlik təhdidlərinə yönəlib. Nazir Fidan BMT-nin regionda sülhün bərpası və humanitar yardımların çatdırılması istiqamətindəki rolunun vacibliyini vurğulayaraq, Türkiyənin bu proseslərdə aktiv dəstəyini ifadə edib.
Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zəki Aktürk nazirlikdə keçirdilən həftəlik brifinqdə mühüm açıqlamalar verib. Aktürk Yunanıstanın beynəlxalq müqavilələrə zidd olaraq adaların qeyri-hərbi statusunu pozan addımlarına toxunaraq bildirib ki, bu cür cəhdlər həm hüquqi müstəvidə qanunsuzluq yaradır, həm də qonşuluq və müttəfiqlik münasibətlərinə xələl gətirir. Ankara tərəfincə bu hərəkətlərin regional sabitliyə təhdid olduğu və beynəlxalq hüquq normaları çərçivəsində qəbulolunmazlığı bir daha vurğulanıb.
Qazaxıstan Yaxın Şərq ölkələrindən vətəndaşlarının təxliyəsini davam etdirir. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, dövlət qurumları və diplomatik nümayəndəliklərin dəstəyi ilə 9 min 517 Qazaxıstan vətəndaşı Yaxın Şərqdən təxliyə olunaraq ölkəyə qaytarılıb.
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ Kahramanmaraşın Göksun rayonunda baş verib. Bildirilib ki, yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb. Regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful sabah Türkiyəyə rəsmi səfər edərək həmkarı Hakan Fidan ilə görüşəcək. Görüşün əsas gündəmini iki ölkə arasındakı 60 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi və 18 mayda Berlində keçiriləcək "Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi"nin üçüncü iclasına hazırlıq işləri təşkil edəcək. Nazir Fidanın müdafiə sənayesi sahəsində əməkdaşlıq və iqtisadi mexanizmlərin gücləndirilməsi məsələlərini xüsusi vurğulayacağı gözlənilir.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu regionda artan müharibə riski fonunda bağlanan hava məkanları və nəqliyyat marşrutları ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, Suriya, İraq, İran və İsrail hava məkanlarının tamamilə qapalı olması səbəbindən hava hərəkətində ciddi risklər yaranıb. Bu vəziyyətdə həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının təxliyəsi üçün Oman və Səudiyyə Ərəbistanı üzərindən əlavə reyslər təşkil edilib. Nazir qeyd edib ki, müvafiq ölkələrlə əldə olunan razılığa əsasən, vətəndaşlar quru yolu ilə bu ölkələrə keçərək oradan İstanbul vasitəsilə dünyaya yollanırlar və hazırda bu prosesdə heç bir ciddi axsama müşahidə olunmur.
Türkiyənin Ankara şəhərinin Haymana rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.