Türk Dövlətləri

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüş keçirib. Alparslan Bayraktar bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyənin nüvə enerjisi sahəsində inkişafında mühüm rol oynayır. Nazir həmçinin Rafael Qrossinin daha əvvəl Akkuyu Atom Elektrik Stansiyasında olduğunu xatırladıb.

Türkiyənin Dənizlinin şəhərinin Buldan rayonunda 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 5,24 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Aralıq dənizində Türkiyənin Antalya körfəzi sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, episentri Aralıq dənizində yerləşən zəlzələnin ocağı təxminən 40,87 kilometr dərinlikdə qeydə alınıb. Bildirilib ki, yeraltı təkanlar Antalya vilayətinin Manavqat rayonundan təxminən 18 kilometr məsafədə baş verib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan türkiyəli həmkarına Türkiyə hava məkanının pozulmasının qəbulolunmaz olduğunu qətiyyətlə bildirib. O, Türkiyənin bu cür hallara qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb. Nazir Fidan, həmçinin bütün tərəflərin regional təhlükəsizliyə xələl gətirə biləcək və mülki şəxslər üçün risk yaradacaq addımlardan çəkinməli olduğunu qeyd edib. Öz növbəsində İranın xarici işlər naziri Abbas Araqçı Türkiyə hava məkanına yönələn raketlərin İran mənbəli olmadığını iddia edərək, məsələ ilə bağlı genişmiqyaslı araşdırmanın aparılacağını bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), ölkənin hava sahəsinin mühafizəsinə dəstək məqsədilə ayrılmış "Patriot" hava hücumundan müdafiə sisteminin Malatya şəhərində yerləşdirildiyini elan edib. Milli Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir ki, Türk Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək məsələsində tam qərarlıdır. Bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava sahəsinin təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyü, həmçinin NATO və müttəfiqlərlə məsləhətləşmələrin aparıldığı vurğulanıb.

Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələri tərəfindən terror təşkilatı İŞİD-ə qarşı əməliyyat təşkil olunub. Əməliyyat zamanı sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparan şəxslərə qarşı tədbirlər görülüb

Yaxın Şərqdə artan gərginlik və hərbi əməliyyatların genişlənməsi fonunda Türkiyə rəhbərliyi regionda sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətinin Qəzza zolağından yayındığı bir vaxtda iki dövlətli həll perspektivini zəiflədən addımlar atır və bu siyasət regionda sülh prosesini təhlükə altına qoyur.

İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatla bağlı Ankara rəsmi etirazını Tehrana çatdırıb. Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və etirazı bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mehdi Ekerin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru vəzifəsinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb. Dövlət başçısı bu barədə 17-ci Ənənəvi Səfirlər İftar Proqramında çıxışı zamanı məlumat verib. Ərdoğan bildirib ki, müasir dövrdə dünyanın qarşılaşdığı ən ciddi problemlərdən biri ərzaq təhlükəsizliyidir və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq aparılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada İranı regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb. Dövlət başçısı bildirib ki, Türkiyə hökuməti fevralın 28-dən etibarən bütün dövlət qurumları ilə birlikdə yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir və regiondakı hadisələri yaxından izləyir. Ərdoğan vurğulayıb ki, Türkiyənin əsas məqsədi ölkəni regionda baş verən münaqişənin təsirlərindən qorumaq və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Onun sözlərinə görə, Ankara bölgədə gərginliyin daha da artmaması üçün diplomatik səylər göstərir və münaqişənin dialoq yolu ilə həllini dəstəkləyir.