Türkiyənin Akdeniz sahillərində 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,8 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 15 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Türk Dövlətləri
Türkiyənin Dənizli şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 14,91 kilometr dərinlikdə yerləşib.
Qazaxıstanda dövlət idarəetmə sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni konstitusiya layihəsi üzrə referendum keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, səsvermədə iştirak payı 73,24 faiz təşkil edib. Bu o deməkdir ki, qeydiyyatda olan 12,4 milyondan çox seçicidən 9 milyon 126 min 850 nəfəri sandıq başına gedərək ölkənin gələcək hüquqi taleyini müəyyən etmək üçün səs verib. Qanunvericiliyə əsasən, seçicilərin yarısından çoxu səsvermədə iştirak etdiyi üçün referendum etibarlı hesab olunub.
Türkiyədə Çin şirkətinin planlaşdırdığı avtomobil zavodu layihəsində gecikmə hökumətin diqqətini çəkib. Türkiyədə Manisa vilayətində elektrik avtomobilləri istehsalı üçün nəzərdə tutulan zavod layihəsində gecikmə parlamentdə müzakirə mövzusu olub. Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır bildirib ki, layihə dövlətin investisiya təşviqi mexanizmləri çərçivəsində diqqətlə izlənilir. Onun sözlərinə görə, investor şirkət müəyyən edilmiş şərtləri yerinə yetirmədiyi halda qanunvericiliyə uyğun tədbirlər görülə bilər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma barədə açıqlama verib. Nazir bildirib ki, regionda davam edən müharibə mümkün qədər tez dayandırılmalıdır. Onun sözlərinə görə, münaqişənin daha geniş coğrafiyaya yayılması Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yarada bilər.
Ömər Çelik bildirib ki, Türkiyənin pilotsuz uçuş aparatları və süni intellekt sahəsində imkanlarını inkişaf etdirməsi dövlətin təhlükəsizliyi və gələcəyi baxımından zəruridir. Çelik bildirib ki, dünyanın hazırda keçdiyi mürəkkəb dövrdə və beynəlxalq qurumların təsirinin zəiflədiyi bir zamanda Türkiyənin öz imkan və qabiliyyətlərini artırması həyati əhəmiyyət daşıyır.
Tarixçi və yazıçı Prof. Dr. İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.VOA xəbər verir ki, nazir Memişoğlu sosial media hesabında paylaşım edərək Türkiyənin əhəmiyyətli bir şəxsiyyət itirdiyini bildirib.
Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, ölkə ərazisinə və hava məkanına yönələn hər növ təhdidə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması məqsədilə müvafiq ölkə ilə rəsmi diplomatik və hərbi danışıqların aparıldığı bildirilib.
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb. MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.
Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə keçirilən Avropa Müdafiə Sərgisi və Konfransı (BEDEX) çərçivəsində Türkiyənin ASELSAN şirkətinin stendini ziyarət edib. Nazir Franken Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə böyük və güclü bir ölkə olmaqla yanaşı, həm də qüdrətli orduya və zəngin hərbi təcrübəyə malikdir. O, Belçikanın müəyyən imkanlara sahib olmasına baxmayaraq, Türkiyənin bu sahədəki geniş təcrübəsindən öyrənilməli olan bir çox məqamların olduğunu vurğulayıb.
Kanadanın xarici işlər naziri Anita Anand yaxın günlərdə Türkiyəyə səfər edərək xarici işlər naziri Hakan Fidanla Yaxın Şərqdə vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə edəcəyini açıqlayıb. Anand mətbuat konfransında bildirib ki, səfər zamanı əsas diqqət regiondakı Kanada vətəndaşlarının ehtiyaclarına, mülki şəxslərin və mülki infrastrukturun qorunmasına, həmçinin eskalasiyanın qarşısının alınmasına yönələcək.