Qazaxıstan

Dövlətlər, xüsusilə də böyük dövlətlər bir-birinə etimadını itirib və bu da BMT-nin, onun institutlarının fəaliyyətinə mənfi təsir göstərir. Qazaxıstan KİV-ə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurultayın (təkpalatalı parlamentin - red) açılış sessiyasında etdiyi çıxışda bildirib.

Qazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir”.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilir. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

Əlcəzairin Səhiyyə naziri Məhəmməd Sədiq Ayt Məsdan Qazaxıstan Respublikasının Əlcəzairdəki səfiri Ənvərbəy Əhmədovu qəbul edib. Görüşdə ikitərəfli səhiyyə sahəsində mövcud əməkdaşlığın vəziyyəti, gələcək perspektivlər, tərəfdaşlığın genişləndirilməsi, habelə təcrübə və bilik mübadiləsinin aparılması yolları müzakirə olunub.

Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün avadanlıqların alınmasına və ixtisaslaşdırılmış laboratoriyaların təchiz edilməsinə dövlət ehtiyatından təxminən 2,36 milyon dollar ayırıb. 2026-cı ildə Xəzərin Qazaxıstan sektorunda hidrologiya, kimyəvi və bioloji göstəricilər də daxil olmaqla 50 parametr üzrə monitorinq aparılır. 21 stansiyanı əhatə edən iki dəniz ekspedisiyasının keçirilməsi, eləcə də sahilyanı 22 məntəqədə müntəzəm müşahidələrin aparılması planlaşdırılır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını təklif edib. O bildirib ki, tərəflər danışıqları bərpa etsələr, sülhə nail olmaq mümkün ola bilər. Tokayev bu fikirləri Vladimir Putinlə birlikdə iştirak etdiyi forumda səsləndirib. O, böyük dövlətlərin təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayıb. Rusiya və Ukrayna daha əvvəl 2022 və 2025-ci illərdə İstanbulda danışıqlar aparsalar da, nəticə əldə olunmayıb. Tokayev münaqişənin başa çatmasının zəruri olduğunu bildirib. Ukrayna tərəfi açıqlamaya hələlik münasibət bildirməyib.

Təqdimat zamanı səmaya şaquli qalxma və enmə imkanına malik (eVTOL) tam elektrikli “AutoFlight Prosperity” hava gəmisi qalxacaq. Uçuş zamanı 1 pilot və 5 sərnişin üçün nəzərdə tutulmuş bu müasir model saatda 200 km/saat sürət toplamaq və 200 kilometrə qədər məsafə qət etmək gücünə malikdir. Təşkilatçılar qeyd edirlər ki, əlverişsiz hava şəraiti yaranarsa, uçuşun tarixi və vaxtı dəyişdirilə bilər.

Qazaxıstan Baş nazirinin müavini, Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, xüsusi təchiz edilmiş təyyarələr vasitəsilə uyğun yağış buludlarının alt hissəsinə ekoloji baxımdan təhlükəsiz duz əsaslı reagentlər səpilir.

Səudiyyə Ərəbistanı ilə Qazaxıstan arasında mədənçilik və mineral ehtiyatlar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb. Bəndər əl-Xurayefin Qazaxıstana rəsmi səfəri çərçivəsində əldə olunan razılaşma mədənçilik sektorunda əməkdaşlığın dərinləşdirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və hər iki ölkənin şirkətləri arasında tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Qazaxıstanın Pavlodar vilayətində An-2 tipli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər ölüb, digər şəxs isə xilas edilib.Qəza zamanı təyyarənin göyərtəsində iki nəfər olub. Hadisə nəticəsində onlardan biri həyatını itirib. Digər pilot isə Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən xilas olunub və onun vəziyyətinin stabil olduğu, huşunun yerində olduğu qeyd edilir.