#Bakı

Bəzən tarix gurultulu hadisələrlə deyil, səssiz qərarlarla yazılır. Bəzən bir zəng, bir jest, vaxtında verilmiş bir mesaj bütöv regionun siyasi ritmini dəyişə bilir. Yaxın Şərqdə baş verən hadisələrin fonunda Cənubi Qafqazın mürəkkəb geosiyasi labirintində məhz belə məqamlardan biri yaşandı. Prezident İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, sadəcə, iki dövlət başçısını deyil, iki siyasi xətti birləşdirdi. Etiraf etmək lazımdır ki, İran ilə ABŞ arasında əldə olunan iki həftəlik atəşkəs zahirən müvəqqəti fasilə təsiri bağışlasa da, əslində regionun gələcək dinamikası üçün mühüm bir nəfəs imkanı yaratdı.

ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə çərşənbə axşamına qədər vaxt qoyaraq, Hörmüz boğazı açılmayacağı təqdirdə ölkənin bütün elektrik stansiyalarının və körpülərinin məhv ediləcəyini bəyan etməsi fonunda BMT Təhlükəsizlik Şurası strateji əhəmiyyətli su yolunun yenidən açılması üçün Rusiya və Çinin etirazları ilə mətni iki dəfə yumşaldılmış qərar layihəsini bu gün səsverməyə çıxarır.

Türkiyə Jandarma Baş Komandanlığının koordinasiyası ilə 25 vilayətdə qanunsuz silah alverçilərinə və odlu silahı sənədsiz saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlarda 404 şübhəli şəxs ələ keçirilib. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və İctimai Təhlükəsizlik idarələri, habelə Respublika Baş Prokurorluqlarının rəhbərliyi altında həyata keçirilən tədbirlər Türkiyənin bir çox strateji nöqtələrini əhatə edib. Əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Diyarbəkir, Şanlıurfa və digər mühüm mərkəzlər daxil olmaqla ümumilikdə 25 əyalətdə eyni vaxtda reallaşdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-nin baş idarə rəisi Nicat İmanov vergi qanunvericiliyində edilən son dəyişikliklərlə bağlı ictimaiyyətdə yaranan yanlış təsəvvürlərə aydınlıq gətirib. O, Bakıda keçirilən Vergi və Mühasibatlıq Zirvəsi zamanı bildirib ki, bu dəyişikliklərin əsas məqsədi vergi yükünü artırmaq deyil, onu optimallaşdırmaq və biznes mühitini daha əlverişli etməkdir.

Bakı Metropoliteni QSC mart ayı ərzində 18 milyondan çox sərnişinə xidmət göstərib. Bayram günlərində isə mərkəz istiqamətində sərnişin axınında kəskin artım müşahidə olunub. 21–22 mart tarixlərində Sahil metro stansiyası ən çox istifadə edilən stansiya olub və gündəlik orta göstəricidən 51 faiz daha çox sərnişin qəbul edib.

Türk dünyasında bığın forması sadəcə estetik görünüş deyil, minilliklər boyu davam edən hərbi status, güc və qəhrəmanlıq simvolu hesab olunub. Qədim türklərdən Osmanlı paşalarına qədər uzanan bu ənənə, türk döyüşçü kimliyinin ən bariz göstəricilərindən biridir. Geniş yayılmış "aypara" (hilal) bığı ilə yanaşı, qədim mənbələr və arxeoloji tapıntılar türklərdə əsl döyüşçü bığının yuxarıya doğru qıvrıldığını sübut edir.

Həyatın mənası və insanın kainatdakı rolu haqqında ən çox verilən suallar adətən "qədər" və "tale" anlayışları ətrafında cəmləşir. Bu mövzu yalnız nəzəri bir mübahisə deyil, həm də cəmiyyətin mənəvi dayanıqlığını təmin edən fundamental bir sütundur. Bir çoxları qədəri yalnız Allahın gələcəyi bilməsi kimi xarakterizə etsə də, bu anlayış əslində ilahi təqdirin, duanın və insanın məsuliyyətinin kəsişdiyi dərin bir sahədir.

ABŞ Prezidenti Donald Tramp Konqresə təqdim etdiyi 2027-ci il büdcə layihəsində hərbi xərclərin rekord həddə – 1.5 trilyon dollara çatdırılmasını tələb edib. Bu rəqəm ötən illə müqayisədə hərbi büdcənin təxminən 40 faiz artırılması deməkdir. Büdcə müraciəti Ağ Evin "Güc vasitəsilə sülh" strategiyasına sadiqliyini və daxili proqramların hesabına hərbi modernləşməyə üstünlük verdiyini nümayiş etdirir.

“Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə aprelin 4-də IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir vergi, mühasibatlıq və maliyyə sahələrində aktual mövzuların müzakirəsi üçün mühüm platforma hesab olunur. Qeyd olunur ki, tədbir “PAŞA Bank” və “Unibank”ın bank sponsorluğu, “Azintelecom”un isə rəqəmsal həllər üzrə dəstəyi ilə keçirilir. Zirvədə dövlət və özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsinin aparıcı ekspertləri iştirak edəcəklər.