"Camp East Montana" adlanan və inşasına 1,2 milyard dollar xərclənən bu müəssisədəki pozuntuların 22-si güc tətbiqi və məhdudlaşdırıcı vasitələrdən istifadə, 11-i müəssisənin təhlükəsizliyi, 5-i isə tibbi yardımla bağlıdır. Hesabatda "qayda pozuntusu" ifadəsi saxlama standartlarının, siyasətin və ya əməliyyat prosedurlarının hər hansı formada pozulması kimi xarakterizə edilir.
#Bakı
Müsəlmanların ilk qibləsi sayılan müqəddəs məkanda bu gün də Cümə namazının qılınmasına icazə verilməyib. Fevralın 28-dən bəri tətbiq edilən bu qadağa çərçivəsində, 1967-ci il işğalından bu yana ilk dəfə olaraq Ramazan Bayramında da Əqsada bayram namazı qılınmayıb. Eyni zamanda, fanatik yəhudi qruplarının aprelin 1-dən 8-dək davam edən "Hamursuz Bayramı" münasibətilə müqəddəs məkana basqın təşkil etmək və burada qurban kəsmək çağırışları gərginliyi daha da artırıb. Bu qrupların süni intellektlə hazırlanmış görüntülər vasitəsilə apardıqları təbliğat İslam dünyasında ciddi narahatlığa səbəb olub.
Birləşmiş Ştatlar raket ehtiyatlarının tükənməsi fonunda Yaponiyaya təxminən 400 ədəd "Tomahawk" qanadlı raketinin təhvil verilməsini təxirə saldığını rəsmən Tokioya bildirib. Razılaşmaya əsasən, 2,35 milyard dollar dəyərində olan bu sifarişin 2028-ci ilin mart ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin müharibənin ilk dörd həftəsi ərzində ABŞ ordusu 850-dən çox "Tomahawk" raketindən istifadə edib ki, bu da Pentaqon rəsmiləri arasında ciddi narahatlıq doğurub. Bildirilir ki, müharibədən əvvəl ABŞ-ın ehtiyatında olan 4 min raketdən artıq iki illik istehsal həcmi qədər hissəsi sərf olunub.
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
1492-ci ilin 31 mart tarixində Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabella ölkədəki bütün yəhudilərin qovulmasını nəzərdə tutan "Alhambra fərmanı"nı imzalayıblar. Bu qərar Qranada krallığının süqutundan və İspaniyada təxminən 800 illik müsəlman hakimiyyətinə son qoyulmasından qısa müddət sonra qəbul edilib. Tarixi sənədlərə görə, vahid İspaniya krallığının təməlini qoyan monarxlar hələ 1478-ci ildə ölkədə dini birliyi təmin etmək məqsədilə İnkvizisiya məhkəmələrini təsis etmişdilər. Baş inkvizitor Tomas de Torkvemadanılın təşəbbüsü ilə imzalanan bu fərman yəhudilərə iyul ayının sonuna qədər ölkəni tərk etmək öhdəliyi qoyurdu. Bu proses nəticəsində on minlərlə insan öz mülklərini dəyər-dəyməzinə sataraq İspaniyanı tərk etmək məcburiyyətində qalıb. Müasir tarixçilərin qənaətinə görə, həmin dövrdə təxminən 40 min yəhudi ölkədən köç edib, bir hissəsi isə qalmaq üçün xristianlığı qəbul edib.
Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəkləyir. Bildirilib ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən Bakı Təşəbbüs Qrupu qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir:
ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatların gedişatı və Tehranla aparılan gizli danışıqların son vəziyyəti barədə silsilə bəyanatlarla çıxış edib. Prezident həm danışıqlardakı irəliləyişdən danışıb, həm də razılıq əldə olunmayacağı təqdirdə İranın infrastrukturuna sarsıdıcı zərbələr endirəcəyi ilə hədələyib.
Hərbi mənbələr bildirir ki, raketlərdən bəziləri diplomatik dəstək mərkəzinin ərazisinə düşərək yanğına səbəb olub. Hadisə zamanı insan tələfatı qeydə alınmasa da, maddi ziyanın böyük olduğu vurğulanır. Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından bəri sözügedən kompleks mütəmadi olaraq hücumlara məruz qalır. Bu səbəbdən cari ayın əvvəlində ABŞ-ın diplomatik mərkəzi heyətinin böyük hissəsini təxliyə edib.
İranın raket hücumları və Livandan atılan raket nəticəsində İsrailin Hayfa şəhərində yerləşən "Bazan" neft emalı zavodunda güclü yanğın baş verib. İlkin məlumatlara görə, yanğının birbaşa raket zərbəsi, yoxsa hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qəlpələri nəticəsində yarandığı hələlik dəqiqləşdirilməyib. Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, ölkənin şimalına edilən son hücumlar nəticəsində iki nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi "Bazan" kompleksindəki insidentdən sonra ətrafa təhlükəli maddələrin sızması riskinin aşkar edilmədiyini bəyan edib.
İspaniyanın nüfuzlu "El Pais" qəzetinin yaydığı məlumata görə, rəsmi Madrid ABŞ-ın İrana qarşı apardığı müharibədə iştirak edən hərbi təyyarələr üçün ölkənin hava məkanını bağlamaq qərarına gəlib. İspaniya hökuməti bölgədəki gərginliyin artmasından narahatdır və öz ərazisindən hərbi məqsədlər üçün istifadə olunmasına icazə vermir. Bu qərar xüsusilə İrana qarşı hərbi əməliyyatlarda birbaşa və ya dolayısı ilə iştirak edən ABŞ uçuşlarını əhatə edir.
İranın Xarici İşlər Nazirliyi Buşəhr Atom Elektrik Stansiyasına (AES) edilən hücumlarla bağlı kəskin bəyanat yayıb. Nazirlikdən verilən bəyanatda Buşəhr nüvə obyektinə edilən hücumların olduqca təhlükəli olduğu bildirilib. Rəsmi Tehran bu hadisəni beynəlxalq təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
Türkiyə martın 30-da qeyd olunan Beynəlxalq Sıfır Tullantı Günü çərçivəsində qlobal ekoloji hərəkatın mərkəzi qərargahı kimi çıxış edib. Ölkənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə təxminən on il əvvəl başladılan bu təşəbbüs yerli təkrar emal layihəsindən beynəlxalq proqrama çevrilərək geniş vüsət alıb. Layihənin icrasına başlanılan 2017-ci ildən bu yana Türkiyə 90 milyon ton tullantını təkrar emal edərək iqtisadi dövriyyəyə qaytarıb ki, bu da ölkə iqtisadiyyatına 365 milyard türk lirəsi məbləğində xeyir verib. Statisitik məlumatlara görə, tullantıların təkrar emalı səviyyəsi 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37,53 faizə yüksəlib. Rəsmi Ankara bu göstəricini 2035-ci ilə qədər 60 faizə, 2053-cü ilə qədər isə 70 faizə çatdırmağı hədəfləyir.