BAKI, VOA Orxan Qədirzadə
Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan saat 09:53-də qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarətlərlə bağlı hər hansı məlumat açıqlanmayıb.