Bununla ABŞ-ın müasir ştatlar xəritəsi tamamlandı
İslam və Tarix
1901-ci ildə Almaniya imperatoru II Vilhelm Çindəki “Boxçular üsyanı”nın yaratdığı böhran fonunda gözlənilməz addım ataraq Osmanlı sultanı II Əbdülhəmidə müraciət etdi. Kayzer müsəlmanların üsyana daha geniş şəkildə qoşulmasının qarşısını almaq üçün xəlifənin dini nüfuzundan istifadə etməsini istəyirdi.
1619-cu ildə afrikalılardan ibarət ilk qrup Virciniyaya gətirildi
Küveyt Dövlətinin müasir tarixi müxtəlif illərin 19 avqust tarixində baş vermiş dövlət quruculuğu, diplomatiya, iqtisadiyyat və ictimai həyat sahələrindəki əlamətdar hadisələrlə zəngindir. 1961-ci ildə Xarici Əlaqələr Departamentinin təsis edilməsi ilə ölkənin müstəqil xarici siyasətinin təməli qoyulmuş, sonrakı onilliklərdə isə regional və qlobal səviyyəli mühüm təşəbbüslər reallaşdırılmışdır.
CIA şah tərəfdarları və İran ordusu ilə əməkdaşlıq edərək çevrilişin təşkilinə dəstək verib
Məkkə şəhərində yerləşən Hira Mədəniyyət Məhəlləsindəki Müqəddəs Quran Muzeyində XVIII əsrə aid olan nadir Müqəddəs Quran əlyazması nümayiş etdirilir. Bu barədə xəbəri Səudiyyə Mətbuat Agentliyi (SPA) yayıb. Sərgilənən əlyazma dövrün Müqəddəs Quranın yazılmasına və bəzədilməsinə göstərilən titiz qayğını, habelə İslam xəttatlığının və nəqqaşlığının incəliyini, gözəlliyini və dəqiqliyini özündə əks etdirir.
Məhəmməd Peyğəmbərin həyatı İslam tarixində çox mühüm yer tutur. O, 40 yaşında ikən Hira mağarasında aldığı ilk vəhydən sonra İslamı yaymağa başlamışdır. Onun təbliğatı ilk illərdə Məkkədə ciddi müqavimətlə qarşılaşsa da, sonradan Mədinəyə hicrət etdikdən sonra İslam dövlətini qurmuş və dinin yayılmasını davam etdirmişdir.
Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.
Türklər kökləri qədimlərə dayanan, fərqli zamanlarda çoxsaylı dövlətlər quran böyük bir xalqdır. Müasir İraq ərazisində yaşamış Şumer tayfalarının tarixini araşdıran tədqiqatçılar nəhayət Şumer tayfalarının türkmənşəli olduğunu etiraf etmişdilər. Zikkuratlar,müxtəlif mədəniyyət abidələri, şəhər dövlətlər daş kitabələr, Gilqameş dastanı kimi mədəniyyət nümunələri türklərin necə bir mədəniyyətə malik olduqlarını göstərir. Şəhər mədəniyyəti kimi oturaq həyat tərzi ilə yanaşı Bozqır deyə adlandırılan Mərkəzi Asiyadaki köçəri həyat tərzi də türk tarixinin bir parçasıdır.
Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Bərdə şəhəri orta əsrlərdə İslam dünyasına onlarla görkəmli alim bəxş etmişdir. Bu ustad elmi xadimlərdən biri də tam adı Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi olan böyük hədis hafizidir.
İmam Qəzali Böyük Səlcuq dövlətində Tuğrul bəy, Alparslan, Məlikşah, Berkyaruk, Məhəmməd Tapar ilə birlikdə sonuncu hökmdar Əhməd Səncərin Xorasan hakimi olduğu dövrləri görmüşdü. İlahiyyat və əxlaq alimi Qəzaliyə qarşı olan bəzi şəxslər ona böhtan ataraq ləkələməyə çalışırdılar. Sultan Səncər məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirsə də, İslam alimi bəhanələr gətirərək onun hüzuruna getməmiş və bunun səbəblərini izah edən tarixi bir məktub göndərmişdir.
İtalyan tacirlər xüsusilə Abbasilər dövründə Misirdən Avropaya çoxsaylı memarlıq modelləri daşıyıblar. Məsələn, Monte Kassino Manastırının pəncərələrində istifadə olunan üslublar belə, İslam memarlığından təsirlənərək qərbə köçürülmüşdür.