Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    25 Avqust 2026 13:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Suriya Müdafiə Nazirliyi İsrailin İdlib vilayətindəki Əbu Zühur hərbi hava bazasına hücumlarından sonra çoxsaylı pilotsuz uçuş aparatları vasitəsilə səmada Colan təpələrinin də daxil edildiyi Suriya xəritəsi yaradıb.

    VOA xəbər verir ki, nümayiş İsrailin avqustun 18-də İdlib vilayətində hazırda fəaliyyətsiz vəziyyətdə olan Əbu Zühur hərbi hava bazasına endirdiyi hava zərbələrindən sonra keçirilib.

    Çoxsaylı pilotsuz uçuş aparatlarının iştirakı ilə Əbu Zühur səmasında Suriyanın dövlət gerbi, eləcə də ölkənin xəritəsi təsvir olunub.

    Diqqətçəkən məqam xəritədə hazırda İsrailin nəzarətində olan Colan təpələrinin də Suriya ərazisinin tərkib hissəsi kimi göstərilməsi olub.

    Bu nümayiş Dəməşqin Colan təpələri ilə bağlı mövqeyini bir daha diqqətə çatdırması və İsrailin Suriyadakı hərbi fəaliyyətinə siyasi-rəmzi cavab kimi qiymətləndirilir.

    Əbu Zühur bazasına hücum

    İsrail döyüş təyyarələri avqustun 18-də Suriyanın İdlib vilayətində yerləşən və fəaliyyətsiz vəziyyətdə olduğu bildirilən Əbu Zühur hərbi hava bazasına zərbələr endirmişdi.

    Suriya Xarici İşlər Nazirliyi hücumları pisləyərək İsrailin hərəkətlərini “əsassız hücum” və bölgədə təhlükəsizliklə sabitliyi təhdid edən “təhlükəli gərginləşmə” kimi qiymətləndirmişdi.

    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Klaudio Kordone də Əbu Zühur hərbi hava bazasına hücuma münasibət bildirərək Suriyanın ərazi bütövlüyünə hörmət edilməsinə çağırmışdı.

    Colan təpələrinin Suriya xəritəsinə daxil edildiyi son nümayiş İsrailin hücumlarından sonra Dəməşqin ərazi bütövlüyü məsələsində mövqeyini rəmzi şəkildə nümayiş etdirməsi kimi diqqət çəkib.

    #Suriya #Colan Təpələri #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #Colan təpələri münaqişəsi #Colan təpələri məsələsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    24 Avqust 2026 09:23

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Müharibədən sonrakı bərpa mərhələsi - Suriya neft və qaz infrastrukturunu yenidən qurur

    21 Avqust 2026 12:49

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21

    İsrailin Suriyadakı basqınında 100-dən çox hərbçi iştirak edib

    19 Avqust 2026 17:09

    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb

    19 Avqust 2026 16:28

    Suriya prezidentinin atası İsrailin iddialarına reaksiya verib

    19 Avqust 2026 13:54
    XƏBƏR LENTİ

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.