Son illərdə alternativ mübahisələrin həlli üsulları bütün dünyada olduğu kimi, Türk dövlətlərində də hüquqi islahatların mühüm istiqamətlərindən birinə çevrilmişdir. Məhkəmələrin iş yükünün azaldılması, vətəndaş məmnuniyyətinin artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması və cəmiyyət daxilində barışıq mədəniyyətinin təşviqi məqsədilə mediasiya institutunun inkişafına xüsusi diqqət yetirilir.
#mediator
Rəqəmsal mübahisələr informasiya-kommunikasiya texnologiyalarının istifadəsi nəticəsində yaranan hüquqi və ya sosial xarakterli münaqişələrdir. Bu mübahisələr elektron ticarət, sosial media platformaları, onlayn xidmətlər, rəqəmsal müqavilələr, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik və digər sahələrlə bağlı ola bilər. Müasir dövrdə insanların və bizneslərin fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal mühitə keçdiyindən bu tip mübahisələrin sayı da artmaqdadır.
Azərbaycanda mediasiya institutu “Mediasiya haqqında” Qanunla tənzimlənir və bu mexanizm mübahisələrin məhkəmədənkənar həlli vasitəsi kimi hüquqi statusa malikdir. Qanun birbaşa “onlayn mediasiya” terminini geniş şəkildə ayrıca tənzimləməsə də, rəqəmsal texnologiyaların tətbiqinə maneə yaratmır və praktiki baxımdan tərəflərin məsafədən iştirakı mümkün hesab olunur.
Müasir hüquqi münasibətlərdə mübahisələrin yalnız məhkəmə yolu ilə həlli artıq yeganə çıxış yolu sayılmır. Son illər Azərbaycanda tətbiq olunan mediasiya mexanizmi vətəndaşlara mübahisələrini daha çevik, daha az xərc və stresslə həll etmək imkanı yaradır. Bu mərhələnin mahiyyəti və praktik əhəmiyyəti barədə Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev suallarımızı cavablandırdı.
Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, əsas prinsipləri və vətəndaşlar üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verir. O, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən mediasiyanın tərəflərin könüllü razılığı və neytral mediatorun iştirakı ilə həyata keçirilən, məhkəmədənkənar alternativ mübahisə həlli mexanizmi olduğunu vurğulayır.