Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətləri ləğv edib

    4 Yanvar 2026 20:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətləri ləğv edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib.

    Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.

    Açıqlamadan sonra American Airlines, Delta, United, Frontier Airlines və JetBlue kimi şirkətlərin Karib istiqamətində uçuşlara yenidən başlamağa hazırlaşdığı bildirilib.

    Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bir gün əvvəl “davam edən hərbi fəaliyyətləri” əsas gətirərək Venesuela və Karib hövzəsi hava məkanında ABŞ-a məxsus kommersiya uçuşlarını qadağan etmişdi. Qərardan sonra bir çox reys ləğv olunmuşdu.

    Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda bir gün əvvəl yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

    ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.

    ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.

    Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.

    #Venesuela #ABŞ Federal Aviasiya Administrasiyası (FAA) #ABŞ Federal Həbsxanalar Bürosu #Venesuela xəbərləri #ABŞ Venesuela gəmilər #Karib dənizi böhranı #Venesuela mülki könüllülər #Venesuela müxalifəti #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #ABŞ Venesuela hərbi müdaxilə #ABŞ dəniz piyadaları Karib dənizi #Karib dənizi hövzəsi #ABŞ–Venesuela münasibətləri #Karib hövzəsində hərbi fəallıq #Karib hövzəsində gərginlik #ABŞ-ın Venesuelaya hücumu #Venesuela ABŞ hücumları #ABŞ-ın Venesuelaya zərbələri #Venesuela hökumətinin ABŞ-a reaksiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    Venesuela zəlzələ bölgəsinə 1600 xarici xilasedici cəlb edib

    27 İyun 2026 19:41

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589-a çatıb

    26 İyun 2026 17:50

    25 ölkədən minlərlə insan Venesuelaya gedir

    26 İyun 2026 15:37

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    25 İyun 2026 22:46

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    25 İyun 2026 22:29

    Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

    25 İyun 2026 22:01

    Venesuelada azı 250 bina dağılıb və ya ciddi zədələnib

    25 İyun 2026 21:53

    Venesuelada bir çox bölgədə mobil rabitə və internet hələ də bərpa olunmayıb

    25 İyun 2026 21:30

    Zəlzələnin tam miqyası hələ məlum deyil - Beynəlxalq xeyriyyə təşkilatı

    25 İyun 2026 21:26

    Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

    25 İyun 2026 21:22
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.