#Venesuela müxalifəti

Venesuela müxalifətinin lideri Maria Corina Maçado ölkəsinə “mümkün olan ən qısa zamanda” qayıdacağını bəyan edib və Karakasda fəaliyyət göstərən müvəqqəti rəhbərliyi sərt tənqid edib. Maria Korina Maçado ABŞ ordusunun Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmasından sonra ilk ictimai açıqlamasını verərək geri dönmək niyyətində olduğunu bildirib.

İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".

ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Venesuela paytaxtı Karakasda baş verən partlayışlar və "davam edən hərbi fəaliyyətlər" səbəbindən Venesuela hava sahasında ABŞ ticarət uçuşlarını müvəqqəti olaraq dayandırıb. FAA açıqlamasında bu qərarın səbəbi kimi ölkədə davam edən hərbi əməliyyatlar göstərilib. Venesuela hökuməti tərəfindən yayımlanan yazılı açıqlamada ABŞ-ın Karakas, Miranda, Aragua və La Guaira əyalətlərindəki sivil və hərbi obyektlərə qarşı həyata keçirdiyi iddia olunan hücumlar "qətiyyətlə rədd edilir və pislənir" deyə bildirilib.

Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib. Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb. Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib. Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizinə üç hərbi gəmi göndərməsi qərarından sonra Milli Bolivarçı Milis Gücünə yüzlərlə vətəndaşın könüllü yazıldığını açıqlayıb. Dövlət televiziyasına müsahibəsində çıxış edən Maduro qeydiyyat prosesinin “son dərəcə uğurlu” keçdiyini vurğulayıb. O bildirib ki, xalq ABŞ gəmilərinə qarşı böyük vətənpərvərlik nümayiş etdirir və bu proses bazar günü də davam edəcək.