ABŞ Cənub Komandanlığı (SOUTHCOM), Karib dənizində narkotik daşıdığı iddia edilən qayığın vurulduğunu və nəticədə 3 nəfərin öldüyünü açıqlayıb. SOUTHCOM-un sosial media platforması vasitəsilə yaydığı rəsmi bəyanatda bildirilir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən hədəfə qarşı zərbə endirilib. Komandanlıq, kəşfiyyat məlumatlarının həmin gəminin birbaşa narkotik ticarəti fəaliyyətlərində iştirak etdiyini təsdiqlədiyini müdafiə edib və hücum anının görüntülərini paylaşıb.
#Karib dənizi hövzəsi
New York Times və digər mənbələr ABŞ-ın Karib hövzəsində yerləşən U.S.S. Gerald R. Ford təyyarədaşıyan zərbə qrupunu Yaxın Şərqə göndərmək qərarına gəldiyini bildirir. Bu məlumatlar Associated Press tərəfindən də təsdiqlənib və ABŞ-ın İranla artan gərginlik fonunda hərbi mövqeyini gücləndirdiyi göstərilir. Məlumata görə, U.S.S. Gerald R. Ford və ona müşayiət edən gəmi qrupu Karib dənizindən çıxaraq Orta Şərqə yola düşəcək və artıq bölgədə yerləşən USS Abraham Lincoln zərbə qrupuna qoşulacaq.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.
Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib. Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmyıl Bəqai ABŞ-ın Karib dənizi və Latın Amerikasındakı hərbi fəaliyyətlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün “təhlükəli nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Venesuelanın “qanuni və seçilmiş hökumətinə qarşı güc tətbiqi ilə hədələməni” beynəlxalq hüququn açıq şəkildə pozulması, həmçinin BMT Nizamnaməsinin, xüsusilə millətlərin öz müqəddəratını təyin etmə və gücdən istifadənin qadağan olunması ilə bağlı 2(4)-cü maddəsinin kobud şəkildə pozulması kimi dəyərləndirib.
Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-ın Karib dənizi və Sakit okeandakı əməliyyatlarına etiraz edərək, ABŞ təhlükəsizlik qurumları ilə əlaqə və kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıldığını açıqlayıb. Prezident Petro bu barədə ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib və ABŞ-ın bölgədə apardığı əməliyyatlara toxunub.
ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul olan bir gəmiə zərbələr endirib.