BAKI,VOA,Yusif Şərifzadə
Perunun yeni xarici işlər naziri Karlos Espa ölkəsinin ABŞ ilə münasibətləri daha da inkişaf etdirməyi hədəflədiyini açıqlayıb.
VOA xəbər verir ki, Karlos Espa bildirib ki, Peru ABŞ-ı strateji tərəfdaş hesab edir və ikitərəfli əməkdaşlığın genişləndirilməsi xarici siyasətin əsas istiqamətlərindən biri olacaq.
Nazir həmçinin Meksika və Kolumbiya ilə diplomatik münasibətlərin bərpası, Venesuela ilə əlaqələrin yenidən qurulması istiqamətində ilk addımların atılacağını qeyd edib.
Karlos Espa bu həftə Prezident Keyko Fuximorinin yeni formalaşdırdığı mühafizəkar hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunub. O, uzun illər ABŞ-ın Limadakı səfirliyində əlaqələr üzrə direktor vəzifəsində çalışıb.
Prezident Keyko Fuximori prezident seçkilərində qələbə qazandıqdan sonra ABŞ ilə əməkdaşlığın gücləndiriləcəyini bəyan edib və Donald Tramp administrasiyası ilə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Karlos Espa əlavə edib ki, Peru transmilli cinayətkarlıqla mübarizəyə yönəlmiş və ABŞ-ın dəstəklədiyi "Amerikaların Qalxanı" təşəbbüsünə qoşulmaq istiqamətində də fəaliyyətini davam etdirir.