Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Qrossi ölkənin nüvə proqramının sülh məqsədli olduğunu yaxşı bilir - İran XİN

    30 Oktyabr 2025 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qrossi ölkənin nüvə proqramının sülh məqsədli olduğunu yaxşı bilir - İran XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir.

    AzerVoice xəbər verir ki, Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb.

    O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.

    Nazirlik rəsmisi həmçinin BAEA rəhbərini İranın nüvə proqramı ilə bağlı əsassız fikirlər səsləndirməkdən çəkinməyə çağırıb.

    Bundan öncə Qrossi “Associated Press”ə müsahibəsində bildirmişdi ki, İran uranı aktiv şəkildə zənginləşdirmir, lakin son günlər ölkənin nüvə obyektlərində müəyyən hərəkətlilik müşahidə olunub.

    Onun sözlərinə görə, agentliyin müfəttişləri bəzi obyektlərə tam giriş əldə edə bilməsələr də, peyk görüntüləri İslam Respublikasının uran istehsalını iyun ayında İsraillə yaşanan 12 günlük müharibədən əvvəlki səviyyədən yuxarı qaldırdığına dair heç bir dəlil göstərmir.

    #Rafael Mariano Qrossi #nüvə proqramı #İsrail və İran gərginliyi #Uran zənginləşdirilməsi #ABŞ-İsrail ortaq strategiyası #İsrail və İran münasibətləri #İsmayıl Bəqai #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İranın uran zənginləşdirməsi #İranın uran zənginləşdirmə səviyyəsi #İranın uran zənginləşdirmə siyasəti #ABŞ-İsrail-Fələstin siyasəti #Uran zənginləşdirmə mübahisəsi #İran-İsrail qarşıdurması #ABŞ İsrail dəstəyi #uran ehtiyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    24 Avqust 2026 14:48

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Son müharibələr İranın qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdı - İran XİN

    21 Avqust 2026 11:13

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20

    İran və Oman Hörmüz boğazından keçid marşrutu üzrə razılaşıb

    15 Avqust 2026 19:53

    Bəqai ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi

    15 Avqust 2026 12:48

    İran İsrailin Livana qarşı hücumlarını pisləyib

    11 Avqust 2026 11:49

    Omanla danışıqlar rəvan gedir, lakin maneələr var - İsmayıl Bəqai

    10 Avqust 2026 19:35

    ABŞ Yaxın Şərqdə təhlükəsizliyə töhfə vermir - İran XİN

    10 Avqust 2026 11:49

    İrana qarşı müharibə “çox yaxşı gedir”- Tramp

    6 Avqust 2026 21:53

    Pakistan və Qətərlə təmaslar davam edir, yüksək səviyyəli səfərlər planlaşdırılmır - İran

    5 Avqust 2026 19:54

    ABŞ-nin addımları Hörmüz boğazında təhlükəsizliyi risk altında saxlayır - İsmayıl Bəqai

    5 Avqust 2026 19:51
    XƏBƏR LENTİ

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.