Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.
#Uran zənginləşdirmə mübahisəsi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir. Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb. O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehran administrasiyası tərəfindən həyata keçirilən uranın zənginləşdirilməsi prosesinin “heç vaxt dayanmayacağını” bildirib.
İranla hərbi qarşıdurmanın dördüncü günündə İsrailin əsas narahatlığı Fordo nüvə obyektini hədəfə almaq planıdır.
Həmçinin, İranın nüvə proqramına rəhbərlik edən fiqurlar və İranın Ali Dini Lideri Əli Xameneinin milli təhlükəsizlik müşaviri Əli Şəmxani də hücumların hədəfində olub.