BAKI,VOA, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran və regiona dair siyasətini tənqid edib.
VOAxəbər verir ki, Bəqai bu barədə sosial şəbəkədə paylaşımında bildirib.
İranlı diplomat ABŞ-nin idarəçilik sistemi və xarici siyasətinin getdikcə daha çox “yalanlara” əsaslandığını iddia edib.
Bəqai fikirlərini əsaslandırmaq üçün rus yazıçısı Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından sitat gətirib.
O, əsərdə yer alan insanın özünə yalan danışması və sonda həqiqətlə yalanı ayırd edə bilməməsi ilə bağlı fikri ABŞ siyasətinə tətbiq edərək Vaşinqtonu tənqid edib.
Bəqainin açıqlaması İran-ABŞ münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib.