Rusiya ABŞ və İranı sülh danışıqlarına qayıtmağa çağırıb. Tərəflər arasında qarşılıqlı hücumlar gərginliyi artırıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bütün tərəflər təmkinli olmalıdır. Gərginliyin davam etməsi region və qlobal iqtisadiyyat üçün mənfi nəticələr yaradır. Rusiya dialoqun bərpasını tövsiyə edir. Peskov vurğulayıb ki, sülh yolu həm region, həm də qlobal sabitlik üçün vacibdir. Tərəflər qarşıdurmanı genişləndirməməlidir. Diplomatik vasitələr gərginliyi azaltmaq üçün önəmlidir.
#Kremlin
2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.
Rusiya Ukraynanın Prezident Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini bildirib. Moskva bu iddialar fonunda Ukrayna ilə aparılan mümkün sülh danışıqlarındakı mövqeyinə yenidən baxılacağını açıqlayıb.
Almaniyanın siyasi mərkəz partiyaları AfD-nin regional və federal parlamentlərdəki deputatlarının silah tədarük marşrutları, pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri və kritik infrastrukturla bağlı məlumatları sistemli şəkildə sorğulamasının Kreml üçün kəşfiyyat baxımından əhəmiyyət daşıya biləcəyini bildirir.
Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Rusiya, Ukrayna ilə davam edən müharibədə diplomatik həll yollarına üstünlük verdiyini bəyan etsə də, hava məkanında atəşkəslə bağlı heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. AFP-nin yaydığı məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Fransız xəbər agentliyinin sualını cavablandırarkən bildirib ki, “Rusiya Silahlı Qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və hərbi obyektlərə, eləcə də onlara yaxın infrastruktura hücumları davam etdirirlər.” Peskov eyni zamanda qeyd edib ki, Rusiya siyasi və diplomatik yollarla məqsədlərinə çatmaq üçün danışıqlar prosesində iştirakda maraqlıdır.
Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan telefon danışığı təxminən 40 dəqiqə davam edib. Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Trampa Alyaska sammitində göstərilən qonaqpərvərliyə və Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində irəliləyişlərə görə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, Tramp Putinə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşlər barədə məlumat verib. Liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dialoqun davam etdirilməsini dəstəkləyib və danışıqlar səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.
Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ABŞ-ın bəzi ölkələrə Rusiya ilə ticarəti dayandırmaq üçün təzyiq göstərməsini qanunsuz sayırlar və hər bir suveren dövlətin öz ticarət tərəfdaşını seçmək hüququna malik olduğunu bildiriblər.
Kreml bugün verdiyi açıqlamada bildirib ki, yaxın günlərdə Ukrayna ilə keçirilməsi planlaşdırılan və son aylarda üçüncü dəfə baş tutacaq görüşlərdən "möcüzəvi irəliləyiş" gözlənilmir.
Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrini Ukraynaya birbaşa danışıqların bərpası üçün təzyiq göstərməyə çağırıb.
Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səsləndirdiyi fikirləri “çox ciddi” adlandıraraq, bu bəyanatların birbaşa Prezident Vladimir Putinə yönəldiyini bildirib.