BAKI,VOA, Fərid Mikayılov
Norveç Kralı V Harald 89 yaşında Osloda müalicə aldığı xəstəxanada vəfat edib. Kralın ölümü ilə bağlı rəsmi məlumat Norveç Kral Sarayı tərəfindən açıqlanıb.
VOA xəbər verir ki, Kral Sarayının Mətbuat Xidməti V Haraldın bu gün vəfat etdiyini bildirib.
“Norveç Kralı V Harald vəfat edib. Əlahəzrət Kral Haraldın bu gün vəfat etdiyini dərin kədərlə bildiririk”, – məlumatda qeyd olunub.
V Harald avqustun 17-də infeksiya və hemolitik anemiyanın ağırlaşmaları səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra kral müalicəsini xəstəxanada davam etdirirdi.
Avqustun 27-də Kral Sarayı onun səhhətinin daha da pisləşdiyini və vəziyyətinin çox ağır olduğunu açıqlamışdı.
Qlükksburqlar sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən Norveç taxtında idi. O, atası V Olavın vəfatından sonra kral olmuşdu.
V Haraldın ölümündən sonra Norveç taxtına onun 53 yaşlı oğlu, vəliəhd Haakonun keçəcəyi bildirilir.