Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Kanada ABŞ-a qarşı tətbiq etdiyi cavab rüsumlarından imtina edir - Baş nazir

    22 Avqust 2025 21:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kanada ABŞ-a qarşı tətbiq etdiyi cavab rüsumlarından imtina edir - Baş nazir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Kanada hakimiyyəti ABŞ-dan gətirilən bəzi mallara tətbiq olunan cavab rüsumlarından imtina edir.

    AzerVoice xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.

    “ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq bu gün bəyan edirəm ki, Kanada hökuməti ABŞ-ın daha əvvəl atdığı addımlara bənzər addım atacaq və müqavilə çərçivəsinə daxil olan bütün Amerika mallarına tətbiq olunan rüsumları ləğv edəcək” – deyə, Karni bildirib.

    Bununla yanaşı, o qeyd edib ki, ABŞ-dan gətirilən polad, alüminium və avtomobillərə tətbiq olunan rüsumlar qüvvədə qalacaq və Ottava bu mövzu üzrə Vaşinqtonla intensiv danışıqlar aparacaq.

    Karni əlavə edib ki, bu həftə ABŞ prezidenti Donald Tramp ilə baş tutan telefon danışığından sonra tərəflər strateji sahələrdə mövcud çətinlikləri və ticarət, investisiya, təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

    Baş nazir həmçinin qeyd edib ki, Kanada ABŞ-la ticarət danışıqlarında irəliləyiş əldə edib:

    “Hazırda Kanadanın ABŞ ilə ən yaxşı ticarət sazişi var. O, əvvəlki sazişdən fərqlidir, amma istənilən halda digər ölkələrin malik olduğundan daha yaxşıdır”.

    Xatırladaq ki, avqustun 1-də Tramp Kanada üçün tarifləri 25 faizdən 35 faizə qaldırmaq barədə fərman imzalayıb. Sənəddə vurğulanıb ki, USMCA çərçivəsində güzəştli tarif rejiminə daxil olan mallar yeni tariflərə şamil edilmir.

    #ABŞ #Kanada #polad #avtomobil #Kanada və ABŞ gərginliyi #Gömrük rüsumu #Mark Karni #rüsumlar #rüsum #Gömrük rüsumları #Kanada ABŞ münasibətləri #ABŞ-Meksika-Kanada Sazişi (UMSCA) #ABŞ rüsumları #Kanada ABŞ ticarət #Görmük rüsumları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18
    XƏBƏR LENTİ

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.