#Mark Karni

Türkiyə ilə Kanada arasında imzalanması planlaşdırılan Azad Ticarət Sazişi (STA) üzrə danışıqların başlanması istiqamətində hazırlıq işlərinə start verilib. Məlumata görə, yay ayları ərzində saziş üzrə danışıqlara hazırlıq məqsədilə geniş və intensiv iş aparılacaq. Türkiyənin Ticarət Nazirliyi danışıq prosesinin dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsini planlaşdırır.

Kanada qlobal müdafiə bankının yaradılması təşəbbüsünə beynəlxalq dəstəyin artırılması istiqamətində fəaliyyətini davam etdirir. Xarici işlər naziri Anita Anand bildirib ki, layihənin təsisçi ölkələrinin siyahısı yalnız daha çox dövlətin təşəbbüsə qoşulmasından sonra açıqlanacaq. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir və layihə artıq kifayət qədər dəstək qazanıb. Anita Anand qeyd edib ki, təşəbbüsün uğuru geniş beynəlxalq iştirakdan asılıdır. Bu mövqe Kanadanın Baş naziri Mark Karninin əvvəlki açıqlamaları ilə də üst-üstə düşür. Layihənin müdafiə sahəsində maliyyə əməkdaşlığını gücləndirməsi nəzərdə tutulur. Kanada bunun qlobal təhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanları yaradacağına inanır.

Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra beynəlxalq dəstək genişlənməkdə davam edir. Kanadanın Baş naziri Mark Karni ölkəsinin zərərçəkən Venesuela xalqına humanitar yardım göstərəcəyini bəyan edib. O, Kanada xalqı adından həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verərək yaralananlara şəfa arzulayıb. Baş nazir bildirib ki, Kanada yaxın günlər və həftələr ərzində humanitar yardım paketləri hazırlayaraq zərərçəkmiş əhaliyə dəstək verəcək. Yardımın əsas məqsədi təbii fəlakətdən əziyyət çəkən insanların təcili ehtiyaclarının qarşılanmasına kömək etməkdir. Son günlər bir çox ölkə və beynəlxalq təşkilatlar da Venesuelaya həmrəylik nümayiş etdirərək yardım və başsağlığı mesajları göndəriblər. Kanadanın bu addımı beynəlxalq humanitar həmrəyliyin davam etdiyini göstərən növbəti təşəbbüslərdən biri kimi qiymətləndirilir. Humanitar dəstəyin artırılması fəlakətin nəticələrinin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kanada dünya çempionatını iqtisadi və diplomatik imkan kimi qiymətləndirir. Baş nazir Mark Karni ölkənin investisiyalar üçün açıq olduğunu bildirib. Hökumət sentyabr ayında keçiriləcək İnvestisiya Zirvəsinə dünyanın aparıcı investorlarını cəlb etməyə çalışır. Məqsəd növbəti illərdə iqtisadiyyata böyük həcmdə sərmayə cəlb etməkdir. Toronto şəhəri isə çoxmədəniyyətli simasını dünyaya tanıtmağa çalışır. Şəhərdə 250 müxtəlif dildə danışıldığı bildirilir. Bununla yanaşı, turizm sektorunda gözlənilən qədər yüksək tələbat müşahidə olunmur. Dünya çempionatı Kanadanın beynəlxalq imicinin gücləndirilməsi üçün vacib platforma hesab edilir.

"Biz əldə olunmuş bu razılaşmadan olduqca məmnun və şadıq. Bu, regionda və dünyada şərtləri kökündən dəyişdirən bir dönüş nöqtəsidir. Sənəd ilk növbədə İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün möhkəm zəmin yaradır. Eyni zamanda, zaman keçdikcə region iqtisadiyyatlarının yenidən qlobal sistemə inteqrasiyası və bu gün sammitdə ətraflı müzakirə etdiyimiz Livan böhranının həlli üçün əlverişli fundamental baza formalaşdırır. Ona görə də hər mənada müsbət prosesdir"- deyə Karni bildirib.

Kanadanın Baş naziri Mark Karninin iyul ayında Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Türkiyəyə səfəri gözlənilir. Oktyabr səfəri zamanı iki ölkə arasında pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, müxtəlif müdafiə sənayesi əməkdaşlıq layihələrinin rəsmən başladılması planlaşdırılır.

Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Saud ilə Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı baş tutub. Görüş zamanı Səudiyyə Ərəbistanı və Kanada arasındakı ikitərəfli münasibətlər, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Liderlər mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.

Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb. Bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb. "Arktikanın — NATO-nun şimal və qərb cinahlarının — təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o bildirib.

Kanadanın Baş naziri Mark Karni bildirib ki, ABŞ beynəlxalq arenada öz rolunu şişirtməməlidir və bir çox məsələlər ABŞ iştirakına ehtiyac olmadan həll edilə bilər. Karni, həftəsonu Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında, iqtisadi “ağırlıq mərkəzinin” də artıq Amerikadan uzaqlaşdığını qeyd edib. Sammitə ABŞ qatılmayıb. Prezident Donald Tramp, ölkənin ağ fermerlərə qarşı soyqırım həyata keçirdiyini iddia edərək, bu səbəbi olmadan sammitdə iştirak etmədiyini açıqlayıb. ABŞ həmçinin, toplantı sonrası yalnız sədrin xülasəsinin yayıla biləcəyini iddia edib, çünki ölkə sammitdə iştirak etməyib. Buna baxmayaraq, G20 bazar günü bir deklarasiya yayımlayıb.