Kanada əvvəl planlaşdırdığı 88 ədəd F-35 döyüş təyyarəsi alımını xeyli azaldaraq, təxminən 60 ədəd Saab Gripen E/F döyüş təyyarəsi tədarük etməyi planlaşdırır. Qərarın əsas məqsədi ABŞ müdafiə sistemlərinə asılılığı azaltmaqdır. Ottava həm ABŞ mənşəli sistemlərdən strateji asılılığı azaltmaq, həm də NATO vəzifələri üçün kritik beşinci nəsil döyüş təyyarəsi imkanlarından imtina etməmək niyyətindədir. Bu səbəbdən F-35 və Gripen E/F-in birlikdə istifadə olunduğu qarışıq filo modeli ön plana çıxır.
#Kanada ABŞ münasibətləri
Kanada hakimiyyəti ABŞ-dan gətirilən bəzi mallara tətbiq olunan cavab rüsumlarından imtina edir. Bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib. “ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq bu gün bəyan edirəm ki, Kanada hökuməti ABŞ-ın daha əvvəl atdığı addımlara bənzər addım atacaq və müqavilə çərçivəsinə daxil olan bütün Amerika mallarına tətbiq olunan rüsumları ləğv edəcək” – deyə, Karni bildirib.
Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq. Və nöqtə.
ABŞ Prezidenti Donald Tramp Kanadayla ticarət danışıqlarını dərhal dayandırdığını bəyan edib.