ABŞ-ın prezidenti Donald Tramp gömrük rüsumlarının ləğvinin ölkəsi üçün dağıdıcı nəticələrə səbəb olacağını, bu rüsumlar olmasa bütün dünyanın iqtisadi böhrana düşəcəyini iddia edib. Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib və ABŞ Ali Məhkəməsində baxılan tarifə işi barədə danışıb. O bildirib ki, Ali Məhkəmədə aparılan prosesin “yaxşı keçdiyini” eşidib və bu işi “ABŞ tarixindəki ən mühüm məhkəmə işlərindən biri” kimi qiymətləndirib.
#Görmük rüsumları
ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən digər ölkələrə qarşı tətbiq edilən bir sıra gömrük rüsumlarının qanuniliyini sürətləndirilmiş prosedurla araşdırmağa razılıq verib. Məhkəmənin yaydığı bildirişə əsasən, tərəflərin dinləmələri bu ilin noyabr ayında başlayacaq. Sənəddə qeyd olunub ki, dinləmələr 2025-ci ilin noyabr ayının ilk həftəsinə təyin edilib. Tərəflər öz arqumentlərini yazılı şəkildə sentyabrın 19-dək məhkəməyə təqdim etməlidirlər. Rüsumlar məhkəmə araşdırması başa çatana qədər qüvvədə qalacaq.
ABŞ prezidenti Donald Tramp Qazaxıstana səfər edəcəyini istisna etməyib. O Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə “çox yaxşı söhbət” apardığını bildirib. “Gedə bilərəm”, – deyə Tramp Qazaxıstana səfər edib-etməyəcəyi barədə suala cavab verib. “Onunla çox yaxşı söhbətim oldu. Ona salam çatdırın. O, yaxşı insandır” - deyə, o Tokayev haqqında danışarkən qeyd edib.
Kanada hakimiyyəti ABŞ-dan gətirilən bəzi mallara tətbiq olunan cavab rüsumlarından imtina edir. Bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib. “ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq bu gün bəyan edirəm ki, Kanada hökuməti ABŞ-ın daha əvvəl atdığı addımlara bənzər addım atacaq və müqavilə çərçivəsinə daxil olan bütün Amerika mallarına tətbiq olunan rüsumları ləğv edəcək” – deyə, Karni bildirib.
ABŞ Prezidenti Donald Tramp, qarşılıqlılıq prinsipinə əsaslanan və dərəcələri dəyişən tariflərin qüvvəyə mindiyini açıqladı. Gecə yarısının keçdiyini qeyd edən Tramp, qarşılıqlılıq prinsipinə əsaslanan və dərəcələri dəyişən tariflərin qüvvəyə mindiyini elan etdi. Bu tariflərdən təsirlənən ölkələrin uzun illərdir "ABŞ-dan faydalandığını" müdafiə edən Tramp, "Milyardlarla dollar gömrük rüsumu artıq ABŞ-a axır." -ifadəsini işlədib.
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan və yenidən satılan Rusiya nefti ilə bağlı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib.