Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Hərbi komandirlərin və nüvə alimlərinin ölümü İran üçün ağır itkidir - Xamenei

    26 İyul 2025 18:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hərbi komandirlərin və nüvə alimlərinin ölümü İran üçün ağır itkidir - Xamenei
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail ilə 12 gün davam edən müharibə zamanı yüksək rütbəli hərbi komandirlərin və nüvə alimlərinin öldürülməsi İran üçün ağır bir itkidir.

    AzerVoice xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei deyib.

    Bununla belə, o, İsrailin öz hədəflərinə çata bilmədiyini bildirib. Xamenei ilk dəfədir ki, bu müharibənin nəticələrini bu qədər açıq şəkildə şərh edib.

    “Əlbəttə ki, Məhəmməd Baqeri (İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi), Hüseyn Səlami (SEPAH komandanı), Qulaməli Rəşid (Xatəm-ül Ənbiya Qərargahının rəisi), Əli Şadmani (birgə əməliyyatlar üzrə komandan müavini) və digər komandirlər, eləcə də Məhəmməd Mehdi Təhrançi, Fəridun Abbasi kimi nüvə alimlərinin itirilməsi hər bir xalq üçün böyük yüktür” - deyə, o bildirib.

    “Lakin düşmən (İsrail - red.) hədəfinə çata bilmədi. Zaman göstərəcək ki, həm hərbi, həm də elmi sahələrdə irəliləyiş keçmişdən daha sürətli və geniş olacaq” - deyə, o əlavə edib.

    Xamenei ölkənin təhlükəsizliyini və müstəqilliyini qorumaq üçün hərbi rəhbərlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü bildirib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #Donald Tramp #Ayətulla Seyid Əli Xamenei #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #İsrail və İranın Suriya mübarizəsi #İran-İsrail münaqişəsi #İran və İsrail arasında hərbi toqquşma riski #İran və İsrail münasibətləri #Seyid Abbas Araqçi #İran-İsrail münasibətləri #İsrail İran hücumu #Məhəmməd Baqeri #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İran nüvə alimləri hədəf alındı #İsrail İran əməliyyatı 2025 #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16
    XƏBƏR LENTİ

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.