Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ ilə danışıqları davam etdirməyə hazırıq - İran XİN

    12 İyul 2025 22:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ ilə danışıqları davam etdirməyə hazırıq - İran XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran Xarici İşlər Naziri Seyid Abbas Araqçi, ölkəsinin nüvə obyektlərinin ciddi şəkildə ziyan gördüyünü və ABŞ ilə nüvə danışıqlarını yenidən başlatmağa hazır olduqlarını bildirib.

    AzerVoice xəbər verir ki, Araqçi bu barədə Tehranda xarici ölkələrin səfirləri və diplomatik nümayəndəlikləri ilə keçirilən görüş zamanı danışıb.

    O, İsrail və ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətindəki nüvə obyektlərinə hücum etdiyini bildirib və bu hücumların İran obyektlərinə böyük ziyan vurduğunu qeyd edib. Onun sözlərinə görə, bu hücumlar beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Sazişinə zərbə vurub.

    Araqçi, İranın nüvə silahı istehsalına yönəlmədiyini və bu istiqamətdə dini lider Ayətullah Seyid Əli Xameneinin fətvasına əsasən belə bir niyyətin olmadığını vurğulayıb. O, əgər İran bu yolu seçmək istəsəydi, indiyə qədər atacağı addımlar üçün kifayət qədər səbəb olduğunu, lakin dini və mənəvi prinsiplərə sadiqliklərinin bu yolu bağladığını söyləyib.

    Araqçi həmçinin, ABŞ ilə danışıqlara yenidən başlamağa hazır olduqlarını və hazırda bunun üçün uyğun zaman olduğunu deyib.

    “İran bu müharibədən üstün bir dirənişlə qalib çıxdı. Bayrağı yuxarıda olan qalib heç bir danışıqlardan qorxmaz” – deyə, o qeyd edib.

    Onun sözlərinə görə, ABŞ danışıqların yenidən başlaması üçün vasitəçilər vasitəsilə bir neçə dəfə mesaj göndərib. İran bu danışıqların hərbi qarşıdurma ilə nəticələnməyəcəyinə dair zəmanət istəyir və mövcud variantları nəzərdən keçirir.

    Araqçi əlavə edib ki, İranın uranı zənginləşdirmək hüququnun tanınmadığı heç bir razılaşmanı qəbul etməyəcəklər. O, bu sahədə İran xalqının hüquqlarına tam hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

    Son olaraq, Araqçi bildirib ki, danışıqlar yalnız İranın nüvə proqramının dinc xarakter daşıdığına zəmanət verilməsi və bunun müqabilində sanksiyaların ləğvi üzərində aparılacaq. İranın raket proqramı və hərbi gücü isə heç bir halda müzakirə mövzusu olmayacaq.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #nüvə proqramı #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #Seyid Abbas Araqçi #İran və ABŞ arasında dolayısı danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13
    XƏBƏR LENTİ

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.