Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Elə bil dünən idi…

    22 İyul 2026 09:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Elə bil dünən idi…
    Facebook Twitter LinkedIn Pinterest Email

    Elə bil dünən idi…

    Asta addımlarla yaxınlaşan Həsən bəy Zərdabi əlində tutduğu “Əkinçi” qəzetini yuxarı qaldırıb fəxrlə bizə səslənir:

    “Bu, sadəcə bir qəzet deyil… Bu, Millətin bağrında yandırılan həqiqət məşəlidir. Doğrunu axtaran, yanlışı üzə çıxaran, milləti oyadan vicdanın səsidir. Bu məşəl Vicdan məşəlidir!”

    Elə bil dünən idi…

    O məşəlin işığında millət özünü tanıdı, sözün müqəddəsliyini dərk etdi.

    Elə bil dünən idi…

    “Əkinçi”nin Həsən bəy Zərdabinin əlində nəfəs alması…

    Səid Ünsizadənin ziyasının Qafqaza yayılması…

    Dünən qədər bizə yaxındır…

    Elə bil dünən idi…

    İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” sədasının bütün türk dünyasında əks-səda doğurması…

    “Birləşin, bir olun!” deyə səslənişi…

    Elə bil dünən idi…

    Əhməd bəy Ağaoğlunun “İrşad” ilə məğrur yürüşü,

    “Kəşkül” ün Tiflisdən bizə boylanması…

    Elə bil dünən idi…

    “Molla Nəsrəddin” təbəssümünün həm acılığı, həm də şirinliyi ilə cəmiyyətin yaralarına məlhəm olması…

    Elə bil dünən idi…

    Əli bəy Hüseynzadənin Turan məfkurəsini, milli kimliyi və əsaləti “Həyat” və “Füyuzat” vasitəsilə millətin ruhuna hopdurması…

    Elə bil dünən idi…

    Məhəmməd Hadinin millətinin imzasının imzalar içində bərq vurması üçün alışıb-yanması…

    Elə bil dünən idi…

    Ömər Faiq Nemanzadənin cəhalətə, zülmə və əsarətə qarşı ucalan harayı…

    Elə bil dünən idi…

    Cəlil Məmmədquluzadənin bir gülüşlə min dərdi anlatması,

    Sabirin bir misra ilə bir dövrü mühakimə etməsi…

    Elə bil dünən idi…

    Üzeyir bəy Hacıbəylinin qələmi ilə millətin ruhuna, vicdanına ümid yazması…

    Elə bil dünən idi…

    Məhəmməd Əmin Rəsulzadənin “Açıq Söz” səhifələrindən istiqlalı hayqırması…

    Elə bil dünən idi…

    Mürəkkəbi bitsə də, “Qələmini qanına batır, yaz!” deyən kişilərin varlığı…

    Çünki onlar bilirdilər ki, mürəkkəb tükənər, söz tükənməz; kağız yanıb yox olar, amma həqiqət yanmaz.

    Elə bil dünən idi…

    Qələmin vəzifə üçün deyil, vicdan üçün tutulduğu günlər…

    Sözün satılmadığı, həqiqətin susmadığı zamanlar…

    Dünənini unudanlara yazıqlar olsun…

    Qəzetin matəmində əyləşənlərə yazıqlar olsun…

    Milli mətbuatın çırağını söndürmək istəyənlərə yazıqlar olsun…

    Qələmi vicdanından ayıranlara yazıqlar olsun…

    Sözü mənfəətə dəyişənlərə yazıqlar olsun…

    Çünki Həsən bəyin yandırdığı o məşəl bu gün də yanır.

    O, sadəcə bir qəzetin deyil, bir millətin vicdanının məşəlidir.

    Bu, uzaq keçmiş deyil…

    Anlayan üçün bu gün, duyan üçün sabahdır.

    ​ÇAĞRI.az

    #Elə bil dünən idi…
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    22 İyul 2026 10:54

    Elə bil dünən idi…

    22 İyul 2026 09:33

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    BookHub təqdim edir: Qafqaz əsiri - İradənin və bəşəri mərhəmətin dastanı

    19 İyul 2026 15:00

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    19 İyul 2026 14:00

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    19 İyul 2026 11:40
    XƏBƏR LENTİ

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.