Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    22 İyul 2026 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özəlin yeni partiyasına kimlər qatılacaq?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.

    Türkiyə mətbuatının yaydığı məlumata görə, Karalar jurnalist Hilal Köylüyə açıqlamasında siyasi fəaliyyətini CHP sıralarında davam etdirəcəyini bildirib.

    "CHP-də qalacağam. Mən 54 illik CHP üzvüyəm. Mənim üçün şəxslər deyil, prinsiplər önəmlidir. Mübarizə Atatürkün iki böyük əsərindən biri olan CHP-də davam etməlidir", – deyə Karalar vurğulayıb.

    Özgür Özəlin yeni partiya təşəbbüsündən sonra Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın da hansı siyasi mövqeni seçəcəyi diqqət mərkəzindədir. Siyasi kulislərdə yayılan iddialara görə, Yavaşın Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də fəaliyyətini davam etdirməyə üstünlük verdiyi bildirilir.

    Eyni zamanda, Mersin Böyükşəhər Bələdiyyə Başçısı Vahap Seçer və İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cemil Tuqayın da CHP-də qalmaq qərarı verdiyi iddia olunur.

    Rəsmi olaraq nə Mansur Yavaş, nə də digər adı çəkilən bələdiyyə sədrləri bununla bağlı açıqlama verməyiblər. Hazırda onların siyasi gələcəyi ilə bağlı yayılan məlumatlar kulis iddiaları kimi qiymətləndirilir.

    #CHP #Özgür Özel #Türkiyə siyasəti #Cümhuriyyət Xalq Partiyası #Zeydan Karalar #Özgür Özəl yeni partiya #Türkiyədə müxalifət #CHP daxilində müzakirələr #siyasi partiya dəyişikliyi #yeni siyasi qurum
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    22 İyul 2026 11:52

    Özgür Özel yeni partiya yaradacağını açıqladı

    21 İyul 2026 15:47

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    21 İyul 2026 14:51

    Ərdoğandan partiya rəhbərliyinə göstəriş: “CHP-ni kənara qoyun, əsas məsələ terrorsuz Türkiyədir”

    12 İyun 2026 10:27

    Ərdoğan: Ankara NATO sammitinə hazırlığı sürətləndirib

    10 İyun 2026 15:00

    Ərdoğan müxalifətə xəbərdarlıq etdi - Küçə qarşıdurmalarına yol verilməyəcək

    1 İyun 2026 21:12

    Kemal Kılıçdaroğlu vəzifəsinə geri dönəcək

    21 May 2026 22:19

    Özgür Özəl barədə istintaq başladıldı

    9 May 2026 13:15

    MHP Bingöl İl Təşkilatı buraxıldı, yeni rəhbər təyin olundu

    24 Aprel 2026 15:44

    Türkiyə müxalifəti ABŞ səfirinin "arzuolunmaz şəxs" elan edilməsini tələb edir

    21 Aprel 2026 08:03

    MHP daha bir təşkilatını ləğv edib, yeni sədr təyin olunub

    16 Aprel 2026 14:12

    CHP-nin düşdüyü acınacaqlı vəziyyət bizi kədərləndirir - Ərdoğan

    13 Aprel 2026 20:19
    XƏBƏR LENTİ

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.