Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İranla ABŞ arasında yeni hərbi qarşıdurma ehtimalı fonunda Tehran həm mümkün müharibəyə hazırlıq görür, həm də diplomatik kanalları tam bağlamır. ABŞ-nin İrana qarşı yeni və daha sərt iqtisadi təzyiq planları iki ölkə arasındakı gərginliyi yalnız hərbi deyil, həm də iqtisadi müstəviyə daşıyır. İran üçün münaqişənin uzadılması ABŞ-nin siyasi və iqtisadi resurslarını tükəndirmək, regiondakı təsir imkanlarını qorumaq və danışıqlarda daha əlverişli mövqe əldə etmək baxımından əhəmiyyət daşıya bilər. Tehran eyni zamanda qarşıdurmanı öz daxilində milli birlik və səfərbərlik amili kimi də istifadə edə bilər. Bununla belə, uzunmüddətli müharibə İran iqtisadiyyatına və əhalisinə ciddi təzyiq yarada biləcək risklər də daşıyır.

    VOA xəbər verir ki, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Crossmedia.az-a açıqlamasında İranın münaqişədən sonrakı vəziyyətini və regional təsir imkanlarını dəyərləndirib: “ABŞ, İsrail və İran münaqişəsi fonunda fərqli bir yanaşmanın şahidi olduq. İran ABŞ-lə danışıqlar aparır, müəyyən məsələlər üzrə razılaşmalar əldə olunurdu. Lakin İran rəsmiləri bu danışıqları və razılaşmaları açıq şəkildə təkzib edirdilər. Hazırda da İran və ABŞ arasında müxtəlif kanallar vasitəsilə danışıqlar davam edir. Burada həm birbaşa təmaslar, həm də vasitəçilər üzərindən aparılan danışıqlar mövcuddur. Bəzi vasitəçilərin və diplomatik kanalların adı açıqlanmır”.

    Ekspert hesab edir ki, İranın münaqişədən qalib çıxdığı barədə təsəvvür reallığı tam əks etdirmir və ölkənin hazırkı vəziyyətinə siyasi baxımdan da yanaşmaq lazımdır: “Hazırda belə bir təsəvvür yaranır ki, İran münaqişədən qalib çıxıb və onu sındırmaq mümkün olmayıb. Lakin İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir. Bu vəziyyəti müəyyən mənada İraqla müqayisə etmək olar. Səddam Hüseyn dövründə İraqda ölkənin xarici təzyiqlərə müqavimət göstərdiyi barədə siyasi ritorika formalaşdırılmışdı. Lakin nəticədə İraq ciddi siyasi, iqtisadi və hərbi itkilərlə üzləşdi və Səddam rejimi süqut etdi. İranla bağlı vəziyyətdə də ciddi qeyri-müəyyənliklər mövcuddur. Ali dini liderin öldürülməsi, yeni ali dini liderin müəyyənləşməməsi və danışıqların hansı istiqamətdə aparıldığının tam aydın olmaması ölkədə siyasi qeyri-müəyyənlik yaradır. ABŞ Prezidenti Donald Trampın İran siyasi elitasına qarşı sərt ritorikası da bu vəziyyəti daha da diqqətçəkən edir”.

    R.Hazifoğlu İranın regional gücünün əsas elementlərindən olan proksi qüvvələrin də əvvəlki imkanlarını müəyyən qədər itirdiyini bildirib: “İranın regional gücünün mühüm elementlərindən biri müxtəlif ölkələrdə fəaliyyət göstərən proksi qüvvələrdir. Lakin son dövrlərdə bu qüvvələrin imkanları əvvəlki ilə müqayisədə zəifləyib. Fələstin və Livanda İranın təsir imkanları ciddi təzyiqlərlə üzləşib. Livanda Hizbullahın imkanları əvvəlki dövrlə müqayisədə zəifləyib. İraqda isə Haşd əş-Şabi məsələsi xüsusi əhəmiyyət daşıyır. Təşkilatın silahlarının təhvil verilməsi və dövlət strukturlarına inteqrasiyası ilə bağlı məsələlər gündəmdədir, lakin hələ yekun nəticə yoxdur. Digər tərəfdən, Yəməndə husilər də İranın regional təsir imkanlarının mühüm elementlərindən biri olaraq qalır”.

    Ekspert sonda vurğulayıb ki, İranın hazırkı vəziyyətini yalnız hərbi qarşıdurmanın nəticələri əsasında qiymətləndirmək düzgün deyil: “Bu səbəbdən İranın mövcud vəziyyətini yalnız hərbi qarşıdurmanın nəticələri ilə qiymətləndirmək düzgün olmaz. Ölkənin siyasi vəziyyəti, regional müttəfiqlərinin imkanları və ABŞ-lə aparılan danışıqların nəticələri də mühüm əhəmiyyət daşıyır. İranın müqavimət göstərməsi onun bütün istiqamətlərdə üstünlük əldə etdiyi anlamına gəlmir”

    #İran #ABŞ #Rufiz Hafizoğlu #Donald Tramp #Yəmən #Tehran #Vaşinqton
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    25 Avqust 2026 14:28

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    24 Avqust 2026 19:43
    XƏBƏR LENTİ

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri -25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.