Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    25 Avqust 2026 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İran ABŞ-nin iqtisadi təzyiqlərinin ölkə əhalisinin yaşayış şəraitini daha da ağırlaşdıracağı təqdirdə Vaşinqtonun və onunla əməkdaşlıq edən ölkələrin iqtisadi maraqlarına cavab tədbirləri ilə qarşılıq veriləcəyini açıqlayıb.

    VOA xəbər verir ki, İran parlamentinin sədr müavini Əli Nikzad parlamentin açıq iclasında çıxışı zamanı ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiq siyasətinə münasibət bildirib.

    Nikzad ABŞ-nin təzyiqləri qarşısında geri addım atmayacaqlarını, İranın milli təhlükəsizliyini və maraqlarını bütün imkanlarla qoruyacaqlarını bəyan edib.

    “Xəyalpərəst düşmənlərimiz tam iqtisadi mühasirədən danışırlar. Lakin cinayətkar Amerika bilməlidir ki, İran xalqı bu cəfəngiyyata təslim olmayacaq, eyni zamanda düşmənlərini cəzalandıracaq və onların iqtisadi maraqlarını ciddi təhlükə altına atacaq”, – deyə Nikzad bildirib.

    İran parlamentinin sədr müavini ABŞ ilə əməkdaşlıq edən ölkələrə də xəbərdarlıq edib.

    “İran xalqının yaşayış imkanları və iqtisadiyyatı daha da məhdudlaşdırılarsa, bu xalqın düşmənlərinin və onlarla əməkdaşlıq edən ölkələrin rifah içində yaşamasına imkan verməyəcəyik”, – deyə o vurğulayıb.

    Nikzadın açıqlaması ABŞ-nin İrana qarşı iqtisadi təzyiqləri sərtləşdirmək və Tehranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı əlavə tədbirlər görmək planlarının müzakirə edildiyi bir vaxta təsadüf edir.

    Tehranın son bəyanatı ABŞ-nin iqtisadi təzyiq siyasətinə yalnız diplomatik deyil, qarşı tərəfin iqtisadi maraqlarını hədəfə ala biləcək tədbirlərlə cavab verməyə hazır olduğuna dair sərt siyasi xəbərdarlıq kimi qiymətləndirilir.

    #İran #ABŞ #Tehran #Vaşinqton #Əli Nikzad
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    24 Avqust 2026 19:43

    Rialın ucuzlaşması müvəqqətidir - İran

    24 Avqust 2026 18:51
    XƏBƏR LENTİ

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri -25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.