İsrail ordusunun rəsmi nümayəndəsi müharibənin gedişatı və İranın yüksək rütbəli rəhbərliyinə qarşı həyata keçirilən xüsusi əməliyyatlarla bağlı mühüm bəyanatlarla çıxış edib. Tel-Əviv rəsmisi vurğulayıb ki, həyata keçirilən strateji sui-qəsdlər sayəsində İran rejiminin gücü əhəmiyyətli dərəcədə zəiflədilir. İsrail hərbi sözçüsünün açıqlamasında əməliyyatların texniki və strateji tərəfləri barədə bir neçə əsas məqam vurğulanıb.
Yaxın Şərq
İraq gündəlik 250 min barel həcmində neft ixracını Türkiyənin Ceyhan limanı vasitəsilə yenidən başladıb. Məlumata görə, dövlətə məxsus Şimal Neft Şirkəti Kərkük yataqlarından neftin Ceyhana nəqlini təmin edən Sarlo nasos stansiyasının fəaliyyətə başladığını açıqlayıb. İlkin mərhələdə ixrac gücü gündə 250 min barel səviyyəsində müəyyən edilib.
İsrail ordusunun Livanın müxtəlif bölgələrinə, xüsusilə ölkənin şərqindəki Bekaa vadisinə təşkil etdiyi hava hücumları nəticəsində mülki itkilər artmaqda davam edir. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Bekaa bölgəsinin Sehmar qəsəbəsində 4 yaşayış evinin hədəf alınması nəticəsində 4 nəfər həyatını itirib. Eyni zamanda, Nebatiye şəhərində bir binaya endirilən zərbə yaxınlıqdakı Mülki Müdafiə Mərkəzinə də ziyan vurub və nəticədə 11 xilasedici yaralanıb. Paytaxt Beyrutun Balata küçəsində yerləşən yaşayış binasına endirilən hava zərbələri də şəhərdə ciddi dağıntılara səbəb olub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi krallığın paytaxtı Ər-Riyadda ərəb və islam ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə mühüm məşvərətçi iclasın keçiriləcəyini elan edib. Çərşənbə günü baş tutacaq bu toplantı regionda artan gərginlik fonunda təhlükəsizlik və sabitliyin təmin edilməsi yollarını müzakirə etmək məqsədi daşıyır.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sosial media hesabından verilən bəyanatda ölkənin şərq bölgəsinə yönələn yeni pilotsuz uçuş aparatı (PUA) hücumlarının qarşısının alındığı bildirilib. Açıqlamada 15 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi ifadə edilsə də, dronların mənbəyi barədə məlumat verilməyib.
Məlumata görə, əsgərlər avtomobil və motosikletlə hərəkətdə olarkən hədəfə alınıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və araşdırma aparıldığını bildiriblər. İsrail tərəfi əməliyyatların Livan ordusuna qarşı deyil, "Hizbullah" qruplaşmasına qarşı yönəldiyini iddia edir. Lakin son günlərdə Livan ordusunun sıralarında itkilərin artması müşahidə olunur.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 72 min 249 nəfərə çatıb. Atəşkəs elan edilməsinə baxmayaraq, İsrail ordusu Qəzzaya qarşı hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada 2023-cü ilin oktyabrından bəri davam edən hücumlardakı itkilərlə bağlı son məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 2 cənazə və 20 yaralının gətirildiyi qeyd edilib. Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bu yana İsrailin hücumları nəticəsində 673 nəfərin öldürüldüyü, 1799 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı ifadə edilib. Ümumilikdə isə yaralı sayının 171 min 898-ə yüksəldiyi bildirilib. Dağıntılar altında hələ də minlərlə cənazənin qaldığı ehtimal edilir.
İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.
Qətər rəsmiləri çərşənbə axşamı ölkəyə qarşı təşkil edilən raket hücumunun qarşısının alındığını açıqladılar. Bu hadisə İranın ali liderinin ölümü ilə nəticələnən ABŞ və İsrail zərbələrinə cavab olaraq başlatdığı genişmiqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tehran administrasiyası keçən ayın sonunda Yaxın Şərqdə müharibənin başlamasından bəri Körfəz qonşularına qarşı mütəmadi zərbələr endirir ki, bu da mülki aviasiya uçuşlarının pozulmasına və qlobal enerji tədarükünün zəifləməsinə səbəb olur.
BƏƏ-nin humanitar təşəbbüsü çərçivəsində Qırğızıstanda minlərlə insan üçün iftar və sahur süfrələri təşkil olunub. Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Ay Cəmiyyəti Qədr gecəsi münasibətilə Qırğızıstanın müxtəlif bölgələrində ümumilikdə 14 min nəfər üçün iftar və sahur təşkil edib.
İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirak formatı qeyri-müəyyən olaraq qalır. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, komandanın ABŞ-da keçirilməsi nəzərdə tutulan bütün oyunlarının Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparılır.